Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?
Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?21-04-2025, 16:12 |
![]() Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək. Aprelin 23-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı üçüncü qərarını açıqlayacaq. Qeyd edək ki, AMB ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb. Bəs bu dəfə Mərkəzi Bank hansı qərarı verəcək? Bu barədə Moderator.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Mərkəzi Bank (AMB) bu dəfə də uçot dərəcəsini sabit saxlayacaq: “Mərkəzi Bankın bu qərarı daha məntiqli görünərdi. O səbəbdən ki, ölkədə inflyasiya sürətlənib. Belə ki, bu ilin yanvar-fevral aylarının yekununa ölkəmizdə istehlak qiymətləri indeksi 5,4% idi, mart da daxil olmaqla isə bu rəqəm 5,9%-ə qalxmışdır. Qeyd olunan rəqəmin aprel də daxil olmaqla, ümumiyyətlə, götürdükdə isə azalacağı deyil, artacağı gözlənilir. Belə ki, həm daxili proseslər, həm də dünyada cərəyan edən hadisələr baxımından, inflyasiya tempinə irəliyə təkan nöqteyi-nəzərindən təsir və təzyiqlərin artacağı müşahidə edilir. Belə bir şəraitdə və fonda, AMB necə və hansı formada pul-kredit siyasətini yumşaltmağa gedə bilər ki?.. Bu, real görünmür. Hətta, uçot dərəcəsinin qaldırılması haqda qərar da qəbul oluna bilər. Ancaq bu da, məntiqli alınmaz. Çünki ölkədə hazırda əksinə, ucuz pul-kredit siyasətinə ehtiyac vardır, nəyinki bahalı. Amma qeyd etdiyim kimi, inflyasiya tempi sürətləndiyindən, cilovlanmalıdır”. Geri qayıt |