Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq?
Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq?16-04-2025, 08:36 |
![]() Ədalət Partiyasının qurucusu, mərhum ziyalımız, hüquq elmləri doktoru İlyas İsmayılovun vəfatından sonra partiyada sədrlik uğrunda mübarizəyə start verilib. Ovqat.com-un partiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, sədrlik uğrunda ən azı 2 qrup mübarizə aparır. Son zamanlara qədər gizli təşkilatlanma şəklində davam edən mübarizə artıq açıq müstəviyə keçib. Bildirilir ki, 12 aprel 2025-ci il tarixində partiyanın Siyasi Şurasının bir neçə üzvünün iştirakı ilə iclas keçirilib və toplantıda Ali Məclisin çağrılması barədə qərar qəbul olunub. Məqsəd partiya sədrini seçəcək növbəti qurultaya hazırlıq imiş. İddialara inansaq, toplantıda iştirak edənlərin bəziləri ümumiyyətlə Ədalət Partiyasının üzvü olmayıb, 1 nəfər isə telefonla müzakirələrə qatılıb. Halbuki partiya Nizamnaməsində bu cür iştirak nəzərdə tutulmayıb. Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayev də faktı təsdiqləyib. Hazırda partiya Nizamnaməsinə əsasən, partiya sədrinin funksiyalarını yerinə yetirən Meydan Babayev əməkdaşımızla söhbətində bildirib ki, qurumun Təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimovun təşəbbüsü ilə keçirilən iclas partiyanın Nizamnaməsinin tələblərinə cavab vermədiyi üçün legitim sayıla bilməz. Meydan Babayev onu da əlavə edib ki, partiyada sədrlik uğrunda heç də 2 qrup arasında mübarizə getmir: “Əksinə, partiyamızın bütün rəhbərliyi, həmçinin Ali Məclisi öz yerindədir və yaxınlarda keçirməyi planlaşdırdığımız qurultaya hazırlaşır. Sədrlik uğrunda mübarizə aparan 1 nəfər var, o da Mütəllim Rəhimovdur. Başına bir neçə şəxsi toplayan (ki onların bəziləri ümumiyyətlə partiya üzvü deyil) Mütəllim Rəhimov sədrlik eşqinə düşüb və bu istiqamətdə mübahisəli uğursuz addımlar atır. İş o yerə çatıb ki, partiya sədrinin səlahiyyətlərini mənimsəyərək guya, Siyasi Şuranın iclasını çağırır və öz səlahiyyət həddini aşan qərarlar qəbul edir, qəbul etdiyi qərarları partiyanın sosial şəbəkələrində paylaşır. Biz də partiya rəhbərliyi olaraq, səlahiyyət həddini aşan Mütəllim Rəhimovu öz sosial şəbəkələrimizdən uzaqlaşdırdıq. Əgər bu dağıdıcı fəaliyyətini davam etdirərsə o, yəqin ki, partiya sıralarından da kənarlaşdırılacaq”. Hazırda Ədalət Partiyasının qarşısında dayanan ən mühüm çağırışın təşkilatı qorumaq olduğunu bildirən Meydan Babayevin fikrincə, bunun üçün ən qısa yol partiyanın kollegial idarə olunmasıdır: “Məqsədimiz partiya Nizamnaməsini və Azərbaycan Respublikası qanunvericiliyini əldə rəhbər tutub kollegial idarəçiliyə keçməkdir. Çünki rəhbərimizi yeni itirmişik və istər-istəməz partiyada idarəetmə boşluğu yaranıb. Bir neçə illik ara müddətində partiyanı möhkəmləndirib növbəti qurultayımızda əgər zərurət yaranarsa, yenidən sədr seçə bilərik. İndidən sədrlik uğrunda yarışın başlaması partiyada lüzumsuz ziddiyyətlər ortaya çıxara və illərlə fəaliyyət göstərdiyimiz təşkilatı dağıda bilər. Bu isə ilk növbədə mərhum İlyas İsmayılovun ruhuna hörmətsizlikdir. Nə yazıq ki, Mütəllim Rəhimov öz şəxsi mənafeyi naminə məhz bunu edir”. Meydan Babayevin partiyada baş verənlər barədə rəsmi bəyanat da hazırlayıb. Bəyanatı olduğu kimi təqdim edirik: Ədalət Partiyası Siyasi Şurasının 12 aprel 2025-ci il tarixdə keçirilmiş İclasının nəticələrinin etibarsız hesab edilməsi barədə Ədalət Partiyasının Sədrinin səlahiyyətlərini həyata keçirən Ali Məclis Sədrinin № SB10/0425 saylı Bəyanatı Ədalət Partiyasının fəaliyyəti yalnız və yalnız Siyasi Partiyalar haqqında Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan Nizamnaməsinə əsaslanır. 1. Qüvvədə olan Partiya Nizamnaməsinin Partiyanın Sədri təsbit olunmuş 4.8.3. maddəsinə əsasən Partiyanın Sədri Siyasi Şuranın işinə rəhbərlik edir. 2. Nizamnamənin 4.5.2. maddəsinə əsasən Partiya orqanlarının fəaliyyətini kordinasiya edir. 3. Nizamnamənin 4.8.7. maddəsinə əsasən Sədr olmadıqda onun səlahiyyətlərini Ali Məclisin Sədri həyata keçirir. Siyasi Partiyalar Haqqında Az. Res. Qanunun 16.2.5. Maddəsinə əsasən Partiyanın Sədri : siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının növbədənkənar iclaslarını çağırır; 4. Partiyanın Siyasi Şurası Ali Məclisin yığıncaqları arasındakı dövrdə partiyanın operativ fəaliyyətini həyata keçirən direktiv orqandır. Siyasi Şura Partiyanın orqanı olaraq bilavasitə Nizamnamə əsasında yaradılır. Ədalət Partiyasının qüvvədə olan Nizamnaməsində isə Siyasi Şuranın üzvünün Partiyanın adından bəyanat vermək hüququ nəzərdə tutulmur. Siyasi Şuranın işinə rəhbərlik etmək səlahiyyətləri, partiyanı təmsil etmək, partiyanın adından bəyanatlar vermək , müraciətlər, çıxışlar etmək, müqavilələr bağlamaq hüququ yalnız Partiyanın sədrinin səlahiyyətlərinə aid edilmişdir. Həmin səlahiyyətlər digər şəxsə (şəxslərə) verilmir. Ona görə də Partiyanın adından belə bəyanatlar vermək nəinki daxili nizam-intizam qaydalarının pozulması, habelə nəticə etibarilə sədrin səlahiyyətlərinin mənimsənilməsi kimi hüquq pozuntusu xarakteri daşıyır. Bu isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyətə səbəb ola bilər. Siyasi Şuranın işinin təşkili ilə əlaqədar Nizamnamədə və Qanunda başqa hallar nəzərdə tutulmadığına görə Siyasi Şuranın işinə sədrlik etməli olan Ali Məclisin Sədri və ya Partiyanın Sədri səlahiyyətlərini icra edən şəxs Siyasi Şuranın iclasında iştirak etmədiyi üçün 12 aprel 2025 tarixdə keçirilən iclasın nəticələri etibarsız hesab olunur. Bundan başqa həmin iclasın tərkibində iştirak edən şəxslər əsas etibarilə Siyasi Şuranın üzvləri olmamış, Şura üzvlərinin bəziləri isə ümumiyyətlə bu günə qədər Siyasi Şuranın heç bir iclaslarında iştirak etməmişdir. Bir nəfər isə Şuranın iclasına telefon vasitəsilə qoşularaq fikir bildirmişdir. Keçirilən iclas barədə yalnış məlumatlar internet informasiya portallarına ötürülərək, ictimailəşdirilmişdir. Bununla da Partiya Nizamnaməsinin yuxarıdakı tələbləri kobud şəkildə pozulmuşdur. Baş vermiş bütün hüquq pozuntularını nəzərə alaraq Partiya Siyasi Şurasının 12 aprel 2025-ci il tarixdə Partiyanın Bakı şəhəri, Ə. Əzimzadə küç 4 ünvanda yerləşən əsas ofisində keçirilən İclasının nəticələri etibarsız hesab edilir. Bəyanat tam məzmunda yayım mediyasına ötürülsün. Ədalət Partiyası Sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin Sədri: Meydan Babayev Bakı şəhəri 14 aprel 2025-ci il. P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |