Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Çox təəssüf ki, məktəblərdə müəllimlər uşaqlara bunu öyrətmirlər”
Əsas Səhifə > Güney Press, Partiya > “Çox təəssüf ki, məktəblərdə müəllimlər uşaqlara bunu öyrətmirlər”

“Çox təəssüf ki, məktəblərdə müəllimlər uşaqlara bunu öyrətmirlər”


3-04-2025, 07:00
“Çox təəssüf ki, məktəblərdə müəllimlər uşaqlara bunu öyrətmirlər”
“Mən belə hesab edirəm ki, dünyada bəşəriyyətin ən böyük kəşfi kitablardır. İnsan bu kitablardan hər şeyi əxz edir. İnsanların, bəşəriyyətin yaratdığı nə olsa nəsildən-nəslə keçir və gələcək nəsillərə qismət olur. Bunu biz kitablardan öyrənirik. Ona görə də kitab böyük əhəmiyyəti olan bir şeydir. Təəssüf ki, son vaxtlar buna fikir vermirlər. Gəncləri kitabı sevmək uğrunda mübarizəyə qoşa bilmirlər. Sevdirə bilmirlər. Gərək uşaqlar kitabı sevsinlər”

Bunu Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Beynəlxalq Uşaq Kitabı günü ilə bağlı Moderator.az-a açıqlamasında deyib.

O daha sonra bəzi problemlərə toxunub:

“Uşaq öz ana dilində danışmağı bilməlidir. Mən bir neçə dil bilirəm. Xarici ölkələrdə də çox olmuşam. Görürsən ki, uşaqlar heç bir şeyi fikirləşmədən, düşünmədən necə danışırlar. Nə mövzuda desən onun haqqında danışırlar. Amma bizdə uşaqları gərək bir mövzu haqqında çalışdırıb, nəsə öyrədəsən ki, bir söz desin. Çünki məktəbdə uşaqlarda bu təfəkkürü inkişaf etdirmirlər. Əzbərləməklə bir şey çıxmaz. Gərək dili inkişaf etdirəsən. Dili inkişaf etdirmək üçün də kitabları oxumaq lazımdır. Poeziyanı bilmək lazımdır. Bunlar böyük şərtlərdir” deyə professor bildirib.

Qəzənfər Paşayev deyir ki, bu işdə əsas yük məktəblərin üzərinə düşür:

“Son vaxtlar bir şeyi də müşahidə edirəm ki, uşaqlara kiçik yaşlarından başqa dil öyrədirlər. Çox dil bilmək yaxşı şeydir. Xarici ölkələrdə 3-4 dildən aşağı bilən yoxdur. Bizim uşaqlar da dilləri bilməlidirlər. Amma ilk növbədə gərək ana dilini mükəmməl biləsən. Ulu Öndərimiz Heydər Əliyev deyib: “Ana dili xalqın kimliyidir”. Biz bu kimliyi itirməməliyik. İlk növbədə ana dili, sonra başqa dilləri də öyrənmək, bilmək lazımdır. Bu inkişafa, şəxsiyyətin özünün formalaşmasına böyük kömək edir. Onun zövqünün, dünyagörüşünün formalaşmasına kitablar, dillər kömək edir. Nə qədər dil bilsən, bir o qədər də mədəniyyətin sahibi olursan. Bizim uşaqlara bunları təlqin etmək, öyrətmək lazımdır. Ancaq təəssüf ki, buna nail olmurlar. Nail olmaq üçün gərək müxtəlif vasitələrdən istifadə edəsən. Mən başqa dövlətlərdəki məktəblərdə də olmuşam, görmüşəm ki, necə can qoyurlar uşaqları yetişdirmək üçün. Çünki uşaqlar bizim gələcəyimizdir. Onların içindən böyük, dahi şəxsiyyətlər çıxır. O dahi şəxsiyyətlərin çıxması üçün müəllimlər, valideynlər çox çalışmalıdır. Uşaq anadan olanda beyni boş olur. Ora nə doldurmağın lazım olduğunu evdə valideynlər, məktəbdə isə müəllimlər bilir. Onların beyninə mənasız şeylər yazmaq, doldurmaq lazım deyil. Bunlar hamısı çox vacib məsələlərdir. Biz həyatı yaşadıq gördük. İndi isə zəmanə başqadır. Gərək bu zəmanə ilə də ayaqlaşasan. Zamanla ayaqlaşmaq üçün isə gərək uşaqları yetişdirəsən. Hər dövrün öz tələbi var. Allaha şükür, bizim çox dahi şəxsiyyətlərimiz dünyaya səs salıblar. Bundan sonra da olacaq. Çünki xalqımız həqiqətən də istedadlı xalqdır. Bəzi adamlar yalnız var-dövlət haqqında fikirləşirlər. Uşaqları da ora yönəldirlər. Ancaq bu düz deyil. Uşaqlara sənət, dil öyrətmək lazımdır” deyə professor deyib.
Geri qayıt