Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Küçədən keçən aparıcı olur,
“Küçədən keçən aparıcı olur,26-03-2025, 12:44 |
![]() Teleaparıcı Lətafət Ələkbərova Moderator.az-ın suallarını cavablandırıb. -Lətafət xanım, siz o aparıcılardansınız ki, ələxsus da orta yaş nəsli sizin səsinizi eşidib, simanızı görüb... Yaddaşlarda qalmaq necə bir hissdir? -Yaddaşlarda qalmaq çox gözəl bir hissdir. Mən əminəm ki, gələcəkdə də yeni nəslin, yeni dövrün aparıcısı kimi hər zaman yaddaşlarda qalacam. -Bu gün sizi niyə efirlərdə görmürük? -Ən son “Onun sirri” adlanan çox maraqlı və gözəl bir layihə ilə televiziya məkanında oldum. İndi ürəyimə yatan belə bir layihə yoxdur. Ondan sonra Dilarə xanım Əliyevanın ARB kanalındakı layihəsində oldum. Bu gün hələ ki, verilişlərə qonaq kimi qatılıram. Məni təəccübləndirən bir layihə olmadığı üçün efirlərdə yoxam. Bu əlbəttə ki, öz seçimimdir. -Hansı layihə sizə uğur qazandırıb sizi tanıtdırdı? -Ən çox məni tamaşaçılar 2004-cü ildə “Azəristar” televiziya yarışması ilə tanıyıb sevdilər. Hələ də 21 ildir ki, insanların yaddaşında elə qalmışam. Hələ də onun çörəyini yeyirəm. Daha sonra isə “Onun sirri” layihəsi ilə televiziya məkanına öz möhürümü vurdum. -İllər əvvəlki Lətafətdə bu gün nələr yoxdur? Nələr dəyişib? -İllər əvvəlki Lətafətdə çox şeylər yoxdur. Çox şeylər artıq məni təəccübləndirib, həyəcanlandırmır. Əvvəl həyata başqa cür baxırdıq, həyat bizim üçün rəngli idi, insanların səmimiyyəti var idi. İndi onların çoxu qalmayıb deyə Lətafət də bəzi hisslərini dondurub. -Bugünki efirlərdən razısız? -Mən istərdim ki, efirlərdən reytinq yığışdırılsın. Çünki onlarla insanın təyin etdiyi reytinq tamaşaçı, kütlə ola bilməz. Bu yığışdırılsa efirlərimizdə, televiziya verilişlərində səviyyə də olar. -İndi hər kəs çox rahatlıqla aparıcı ola bilir.. -Bəli, elədir. Adi bir haldır. Küçədən keçən də aparıcı ola bilər. Amma bizim dövrümüzdə hər şey tamam başqa idi. Mən Bakı Slavyan Universitetini bitirmişəm, magistr oxuyub müdafiə etmişəm, böyük sənətkarlardan dərs almışam. Necə ki, həkimlər 7 il təhsil alıb, praktika keçib, sonra gəlib ciddi bir işlə məşğul olurlar, cəmiyyəti sağaldırlar. Mənim düşüncəmdə də belədir ki, televiziya aparıcısı da bir cəmiyyəti zəhərləyə, yaxud da xoşbəxt edə bilər. Bu gün əksər tamaşaçılar zəhərlənib. Onları zəhərləyənlər də həmin aparıcılardır. Təbii ki, bütün aparıcıları bu dediklərimə aid etmirəm. Televiziya aparıcıları da yetərincə oxuyub, savad alıb, praktika keçəndən sonra ekrana çıxmalıdırlar. Geri qayıt |