Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ukraynalılar yalın əllə də vuruşacaqlar”
Əsas Səhifə > Güney Press > “Ukraynalılar yalın əllə də vuruşacaqlar”

“Ukraynalılar yalın əllə də vuruşacaqlar”


26-03-2025, 12:33
 “Ukraynalılar yalın əllə də vuruşacaqlar”
Ukrayna ordusunu dünyada kifayət qədər qiymətləndirmirlər. Əgər Rusiya ilə barışıq şərtləri onları qane etməsə, ukraynalılar əlləri ilə belə döyüşəcəklər.
AzVision.az xəbər verir ki, ABŞ Senatında dinləmələr zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff prezident Donald Trampın indi davamlı sülhə gətirib çıxaracaq şərtlərlə müharibəni bitirmək istədiyini və MKİ-nin onun məqsədini dəstəkləmək üçün tədbirlər gördüyünü vurğulayıb.

O, həmçinin, Rusiyanın döyüş meydanında üstünlüyə malik olması və yavaş-yavaş irəlilədiyi ilə razılaşdığını bildirib.

“Ancaq Ukraynanın müqavimətinə gəldikdə, artıq bir neçə ildir ki, Ukrayna xalqı və ordusu lazımi səviyyədə qiymətləndirilmir. Müşahidələrimə əsaslanaraq, kəşfiyyat nöqteyi-nəzərindən əminəm ki, onlar davamlı sülh üçün məqbul şərtlərə malik olmadıqda, məcburiyyət qarşısında qaldıqları halda yalın əlləri ilə döyüşəcəklər”, - Retkliff bildirib.

MKİ-nin direktoru, eyni zamanda, əmin edib ki, Tramp Rusiyanın öz istədiyini alacağı təqdirdə yarana biləcək təhlükənin fərqindədir. Bu baxımdan, əgər “danışıqlar uğurlu olarsa” hər iki tərəf maksimalist məqsədlərinə çata bilməyəcək.

Geri qayıt