Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > "Quska" yenə məhkəmə qarşısına çıxacaq
"Quska" yenə məhkəmə qarşısına çıxacaq25-03-2025, 00:25 |
![]() Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib. "Quska" kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir və bəraət istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq. Xatırladaq ki, "Quska" 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib. Geri qayıt |