Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir"
Əsas Səhifə > Güney Press, Partiya > "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir"

"Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir"


22-03-2025, 12:26
"Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir"
"İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı gedən proseslərin necə cərəyan edəcəyi sonrakı dövrdə özünü açıq-aydın göstərəcək. Türkiyə rəsmi orqanları İmamoğlu məsələsi ilə əlaqədar çoxlu sayda faktlar təqdim edir. Təbii ki, biz Türkiyədə sabitlik istəyirik. Türkiyənin güclü olması Azərbaycanın güclü olması, onun inkişafı Azərbaycanın inkişafı deməkdir".

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Türkiyə Azərbaycan üçün önəmli ölkədir: "Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində hər iki dövlət tərəfindən davamlı addımlar atılır. Eyni zamanda Türkiyə güclü hüquq dövlətidir. Bu baxımdan Türkiyə rəsmi dairələri konkret faktları irəli sürür. Müxtəlif adamlarla bağlı araşdırmalar, qurumlarla bağlı işlər aparır. Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir. Baş verən proseslərlə bağlı arzumuz budur ki, Türkiyədə hər zaman sabitlik olsun, dünyamızın qarışdığı bir dönəmdə qardaş ölkə sabitliyini qoruya bilsin. Yəqin ki, zamanla hər şey tam ortaya çıxacaq, bütün məsələlər həllini tapacaq".

Geri qayıt