Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edibDünən, 17:41 |
![]() Hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanın ərazi iddiasının olmadığını bildirib: “İrəvan öz öhdəlikləri və razılaşmalarına ciddi şəkildə əməl olunmasına diqqət edir. Eskalasiya riski var, lakin bunun üçün səbəb və imkan yoxdur, olmamalıdır. Biz hər an hər şeyin ola biləcəyinə dair mənfi fərziyələr üzərindən çıxış etməliyik. Heç bir şeyi istisna etməməliyik, əmin olmamalıyıq. Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr ola bilər. Bu, davamlı bir prosesdir”. Qeyd edək ki, A.Simonyan “yaxın günlərdə çox maraqlı hadisələr ola bilər” deyərkən konkret nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib: “Erməniləri 1818-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra bu ərazilərə Çar Rusiyası gətirib. Həmin vaxtdan bəri ermənilər işğal, soyqrım və terrorla məşğul olublar. Onlar beynəlxalq hüquqa zidd olan bütün cinayətləri törədiblər. Sovet və Çar Rusiyasi dövründə baş verənlər, 1918-1920-ci illər və 1948-1953-cü illərdə azərbaycanlıların köçrülməsi və 1988-ci il hadisələri buraya nümunədir. Baş verən bütün hadisələri Arayik Harutyunyan başda olmaqla onlar məhkəmədə dilə gətirirlər. Əgər Ermənistan belə fikirlər səsləndirirsə, niyə hərbi büdcəsini rekord həddə böyüdüb, Hindistan və Fransadan hücum silahlar alır? Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna və Ermənistana münasibəti dəyişib. Tramp artıq xərclərdən yaxa qurtarmağa çalışır və real siyasət aparmağa can atır. Ermənistan isə Ukraynaya olan münasibətin ona qarşı olacağı ehtimalından narahatdır. Ona görə də bölgədə münasibətləri yaxşılaşdırmağa cəhd göstərir. Ermənistan başa düşməlidir ki, 30 il ərzində nə işğalı reallaşdıra, nə də dırnaqarası rejimi özünə birləşdirə bildi. Ermənistanın nicat yolu Azərbaycanla normal əlaqələr qurmaqdan keçir. Ermənistanın Azərbaycanla əlaqələrinin yaxşılaşması Türkiyəylə də münasibətlərinin normallaçması deməkdir. Əks halda Ermənistanın bölgədə mövcudluğu sual altında qalacaq”. Geri qayıt |