Əsas Səhifə > Güney Press > Tramp dediyini etdi...
Tramp dediyini etdi...Bu gün, 13:03 |
![]() ABŞ prezidenti Donald Tramp “Çin hakimiyyətinin sintetik opioidlərin, xüsusən də fentanilin daimi axınını azaltmaq üçün tədbirlər görməməsi” səbəbindən Çindən gələn mallara tarifləri iki dəfə artırıb. AzVision.az xəbər verir ki, Ağ Evin rəsmi saytında yerləşdirilən sərəncamda Çin mallarına rüsumlar 10%-dən 20%-ə yüksələcəyi bildirilir. “Çin Xalq Respublikası (ÇXR) hüquq-mühafizə orqanlarının birgə səyləri ilə narkotik ticarəti böhranını yumşaltmaq üçün adekvat tədbirlər görməyib və böhran... səngiməyib”, - sənəddə həmçinin qeyd olunur. Donald Tramp fentanil böhranının ABŞ-nin milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etdiyini vurğulayır. Bunun qarşılığında Çinin Ticarət nazirliyi Çin mallarına rüsumları artırdığı üçün ABŞ-yə qarşı cavab tədbirləri görmək niyyətində olduğunu açıqlayıb. Nazirlik Vaşinqtonun hərəkətlərindən “kəskin narazılıq və kəskin etiraz” ifadə edib. - ABŞ-nin hərəkətləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını pozur və çoxtərəfli ticarət sistemini təhdid edir. ABŞ-dən birtərəfli tariflər Çin və ABŞ arasında ticarət və iqtisadi əlaqələrə zərər verə bilər. Çin hökumətinin narkotiklərlə mübarizədə öz siyasətinə sadiqdir”, - Çinin Ticartə nazirliyinin bəyanatında vurğulanır. “Global Times” nəşri yazır ki, Çin ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları idxalına əlavə rüsumlar tətbiq etməyi düşünür. Bu tədbirlərə müəyyən bir kateqoriya mallar üçün rüsumların 10% artırılması daxil ola bilər. Geri qayıt |