Əsas Səhifə > Güney Press > Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb
Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıbBu gün, 12:36 |
![]() Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Bu barədə "DİA-AZ" DİN-dən xəbər verilib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərov müəyyən olunaraq saxlanılıb. Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktla bağlı araşdırma aparılır. ![]() ![]() Geri qayıt |