Əsas Səhifə > Güney Press > Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranıBu gün, 11:51 |
![]() Dövlət Məşğulluq Agentliyi “İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib. FED.az xəbər verir ki, tenderin qalibi “Agro Best” QSC (VÖEN: 1405235391) olub. Tender üzrə ehtimal olunan qiymət 69 552 210 AZN təşkil etməsinə baxmayaraq qalib şirkətə 62 146 514 AZN ödəniş ediləcək. Qalib şirkət tender üzrə ehtimal olunan dəyərdən nə az, nə çox 7,4 milyon manat az məbləğ uda bilib. Xatırladaq ki, “Agro Best” QSC 2024-cü il ərzində Dövlət Məşğulluq Agentliyinin daha 2 tenderinin qalibi seçilib. Belə ki, şirkət eyni satınalma predmeti üzrə 24.10.2024-cü il tarixində yekunlaşan tenderdən 175 539 AZN, 14.05.2024-cü il tarixində yekunlaşan tenderdən isə 66 854 876 AZN qazanıb. Qeyd edək ki, “Agro Best” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48 ünvanında yerləşir. Geri qayıt |