Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi
Əsas Səhifə > Güney Press > Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi

Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi


Dünən, 13:06
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi
Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı “Laser Beauty Estetik Klinika”sı ilə bağlı məsələyə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, məhkəmənin qərarına əsasən, estetik klinika 8000 manat cərimələnib.

Amma məhkəmə “Laser Beauty Estetik Klinika”sının lisenziyasının ləğv olunması məsələsinə baxmayıb. Bununla bağlı qərarı İqtisadiyyat Nazirliyi verəcək.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.

Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Fevralın 14-də Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın lisenziyasının dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərib. Eyni zamanda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdi.

Geri qayıt