Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası:
Əsas Səhifə > Güney Press > Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası:

Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası:


Dünən, 17:28
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası:
Yeni milli təhlükəsizlik strategiyası “Real Ermənistan” konsepsiyası çərçivəsində olacaq.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“2021-ci il seçkilərindən sonra yeni milli təhlükəsizlik strategiyasına sahib olmağı müzakirə edirdik, amma 2021-ci ildən başlayaraq ətrafımızdakı təhlükəsizlik mühiti sürətlə dəyişməyə başladı. Bununla belə, son dörd ildə daim dəyişən siyasətlərimizə aydınlıq gətirildi, indi siyasətlərimizə daha aydın baxışımız var.

Başqa sözlə, ətrafımızda durum dəyişməkdə davam edir, amma siyasətlərimiz aydınlaşdırılıb ki, bunlardan biri də müxtəlif komponentləri olan “Real Ermənistan” konsepsiyasıdır”, - qurum rəhbəri bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 19-da milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi ilə bağlı fərman imzalayıb.

“Real Ermənistan” məsələsinə gəlincə, bu, uzun müddətdir ölkədə müzakirə mövzusudur. Radikal siyasi-ictimai çevrələr baş nazirin bu konsepsiyasına qarşı çıxırlar. Paşinyanın iddiasına görə, “Real Ermənistan” konsepsiyası indiki Ermənistan sərhədlərini əhatə edir və qonşulara ərazi iddialarını istisna edir. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından gedir.

Geri qayıt