Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir
Əsas Səhifə > Güney Press > Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir

Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir


Bu gün, 11:18
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları artıq öz komfort zonalarını tərk ediblər. Söhbət Rusiyadan atılan qanadlı raketləri və pilotsuz təyyarələri vurmaq üçün davam edən nisbətən təhlükəsiz missiyalardan gedir.
Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir. Analitik Devid Eks yazıb ki, hazırda Ukraynanın ən yaxşı hava-hava tipli raketləri, hədəfi yüksək dəqiqliklə vuran bombaları və radarları ilə silahlanmış təyyarələr getdikcə daha çox cəbhə xəttində peyda olmağa başlayır. Qırıcılar indi Rusiya qüvvələrinə yaxından
zərbələr endirirlər.

Eks qeyd edib ki, internetdə Ukraynanın ən təhlükəli şərqi bölgələrində uçan F-16-ların daha çox foto və videoları yayılır.

"Bu görüntülərin bəzilərində qırıcıların infraqırmızı şüalarla idarə olunan AIM-9 və radarla idarə edilən AIM-120 raketləri, üstəgəl əlavə yanacaq üçün ventral çən ilə təchiz olunduğu görünür. Digərlərində isə təyyarələrin daha riskli bombardman missiyaları üçün təchiz olunduğunu demək olar”,- o qeyd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

AzVision.az

Geri qayıt