Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib?
Əsas Səhifə > Güney Press > Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib?

Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib?


Bu gün, 10:55
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib?
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Alimar” MMC (VÖEN - 1306460051) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtinə görə, “Alimar” MMC qoruq idarəsinə buzlaşmaya qarşı texniki duz satacaq və bunun qarşılığında 5 min 557 manat 80 qəpik alacaq.
Qeyd edək ki, satın alınacaq duzun miqdarı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, ötən ilin iyun ayında da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Alimar” MMC ilə analoji müqavilə imzalayıb. Həmin müqavilədə göstərilib ki, “Alimar” MMC qoruq idarəsinə Şuşa şəhərində yolların buzlaşmasının qarşısını almaq üçün 115 ton texniki duz satıb və bunun müqabilində 20 min 83 manat 60 qəpik alıb (1 tonu üçün 212 manat).
Bundan başqa, ötən ilin noyabr ayında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti də “Alimar” MMC-dən ümumi dəyəri 23 min 364 manat olan 120 ton texniki duz alıb (1 tonu üçün 194,7 manat).
Onu da bildirək ki, 2019-cu ildə dövlət qeydiyyatına alınan “Alimar” MMC barədə açıq mənbələrdə heç bir məlumat mövcud deyil.

Geri qayıt