Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb
Əsas Səhifə > Güney Press > Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb

Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb


Dünən, 18:58
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb
Müharibə üçün heç bir səbəb görmürəm.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Müharibə ehtimalı ilə bağlı sualı cavablandıran baş nazir regionda belə bir təhlükənin olmadığını bildirib.
“Mən belə dəyərləndirirəm ki, regionda müharibə və ya eskalasiya üçün nə səbəb, nə şərt, nə də əsas var”, – Paşinyan qeyd edib.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Ermənistan nə yardan doyur, nə əldən qoyur:

"Ermənistan bir tərəfdən silahlanır, o biri tərəfdən də deyir ki, müharibə üçün səbəb görmürəm. Əgər belədirsə, niyə silahlanırsan? Guya müdafiə qüdrətlərini artırırlar ki, təhlükələrdən sovuşa bilsinlər. Əgər sülh müqaviləsi bağlanacaqsa, qarşılıqlı öhdəliklər götürüləcəksə, niyə bu qədər pul xərcləyib silah-sursat alırsan? Halbuki Ermənistanın o pullara başqa sahələrdə çox ciddi ehtiyacı var. Müharibənin olub-olmayacağına gəlincə isə Azərbaycan tərəfdən buna cəhdlərin edilmədiyini birmənalı deyə bilərik. Rəsmi Bakı müharibəyə hazırlaşmır. Ümumiyyətlə Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb. Yəni o bilir ki, İlham Əliyev dediyi sözün ağasıdır. Eyni zamanda qarşılıq olaraq Ermənistan Prezidenti də regionda belə bir təhlükənin olmadığını söyləyir".

Şərhçi vurğulayıb ki, Azərbaycan tərəfi müharibə manyakı deyil:
"Kimsə bizi buna məcbur etməsə, savaşa girəcək millət və dövlət deyilik. II Qarabağ münaqişəsinin də Azərbaycanın günahı olmadığı bütün ictimaiyyətə məlumdur. Eləcə də 2023-cü il 19 sentyabrdakı antiterror əməliyyatları zamanı terrorçular ölkəmizi buna vadar qoymuşdular. Ümumilikdə isə Paşinyanın fikirlərini "Ermənistan Azərbaycanı müharibəyə təhrik etməyəcək" deyə anlaya bilərik".

Geri qayıt