Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Adımızı çəkən yoxdur...
Adımızı çəkən yoxdur...Bu gün, 13:14 |
![]() Sosial mediada çox məşhur olan “Unknown facts” səhifəsi izləyiciləri arasında maraqlı sorğu keçirib. Təkcə “Facebook”da 17 milyondan çox izləyicisi olan səhifə onlardan heç vaxt getməyəcəyi ölkələrin adlarını soruşub. 57 min nəfərin iştirak etdiyi sorğuda xeyli ölkənin adı çəkilib. Azərbaycanın adının yazılması gözə dəymir. Bizimyol.info xəbər verir ki, nə qədər qəribə görünsə də, ABŞ-ın adını çəkən az olmayıb. Məsələn, Donna Stronq-Heyno yaxın dörd ildə Birləşmiş Ştatlara ayaq basmağın mənasız olduğunu yazıb. Buna bənzər rəy çoxdur. İnsanlar böyük ehtimalla köhnə-yeni prezident Donald Trampın hakimiyyətdə olacağı müddəti nəzərdə tutub. Daha çox cənub-şərqi Asiya dövlətlərinin – Hindistan, Pakistan və Banqladeşin adı diqqət çəkir. Hətta Pakistanda yaşayan Xan Yusefzay yazıb ki, ölkədən çıxa bilsə, bir daha bura qayıtmayacaq. Ümumiyyətlə, rəyləri bir-bir saysaq, yəqin ki, liderlik Pakistanda olar. Stefan Devere qadınların azad olmadığı ölkələrə qədəm qoymaq istəmədiyini qeyd edib. Almaniyada yaşayan Kay İrona da bənzər rəy yazıb. Gənc qızlar şəxsi təhlükəsizlik baxımından Hindistandan uzaq durmaq lazım gəldiyini vurğulayıb. Böyük ehtimalla zorlama hallarının çoxluğuna eyham vurulub. Riçard Ralf Eritreya, Türkmənistan və Somalinin adlarını fərqləndirib. Yəqin ki, o, söz azadlığının məhdudlaşdırdığı dövlətləri nəzərdə tutub. Somalinin adını çox rəydə görmək olur. Burada dəniz quldurlarının əhəmiyyətli hissəsinin Afrika ölkəsindən olması rol oynayır. Rəylərdə bu məsələ də xüsusi qabardılıb. Əsasən populyar istiqamətlərin adları çəkilib. Lakin Dominikan Respublikası, Vyetnam, Özbəkistan, Tacikistan, Oman, Mavritaniyanın adına rast gəlməklə təəccüblənməmək mümkün deyil. İran, İraq, Əfqanıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Şimali Koreyanın adı çox yazılıb. Təəssüf ki, Türkiyə də az xatırlanmayıb. Kiminsə Azərbaycanın adını çəkməsi mümkün idi. Amma çox axtarsaq da, belə fikrə rast gəlmədik. Geri qayıt |