Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır
Əsas Səhifə > Güney Press > Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır

Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır


Dünən, 15:15
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır
Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda içməli suyun maya dəyərinin satış qiymətindən yüksək olması barədə məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, suyun maya dəyərinin satış qiymətindən yüksək olması barədə yayılan məlumatlar əhali arasında müzakirələrə səbəb olub.
Vətəndaşlar belə hesab edirlər ki, bu tipli məlumatların yayılmasından sonra su tarifləri yenidən artırılacaq.
Xatırladaq ki, 2020-ci ilin son aylarında ölkə mətbuatında (https://wap.marja.az/61470/azersu-su-ve-kanalizasiya-xidmetinin-maya-deyeri-satis-qiymetinden-2-defeye-yaxin-coxdur) bənzər məlumatlar yayılıb. Bu məlumatların yayılmasından bir müddət sonra su tarifləri artırılıb (https://tariff.gov.az//storage/media/2464/9C87AE17-78E8-4273-9334-5BEB6318D6AB.pdf).
Məlumat üçün bildirək ki, hazırda Azərbaycan su tariflərinə görə region ölkələri arasında orta sıralarda yer alıb.
Maraqlı olacağını nəzərə alaraq region ölkələrindəki su və kanalizasiya tariflərini təqdim edirik:

Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır

Qeyd edək ki, əvvəlki illərdə su tarifləri artırılan zaman diferensial tariflər tətbiq olunmayıb. Məlum olduğu kimi, artıq uzun müddətdir Azərbaycanda təbii qaz və elektrik enerjisinin satışı zamanı diferensial tariflər tətbiq edilir. Ancaq suyun satışında dəyişməyən vahid tarif tətbiq olunur. Digər kommunal xidmət tariflərində olduğu kimi suyun satışı zamanı da diferensial tariflərin tətbiqi aztəminatlı ailələr və istehlakı az olan əhali qrupu üçün faydalı ola bilər. Təbii qaz və elektrik enerjisinin satışında olduğu kimi, az istifadə edənlər üçün qiymətlər aşağı, çox istifadə edənlər üçün isə yüksək ola bilər. Bu, həm də suya qənaət etməyin ən təsirli yollarından biri hesab olunur.

Geri qayıt