Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ermənilərin xilas yolu...
Ermənilərin xilas yolu...Bu gün, 11:47 |
![]() "Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək". Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib. C.Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb. Son günlər Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun razılıq olduğunu yazıb. "Hraparak" qəzetinin məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan pərdə arxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb. Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir. İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar. Qəzetdə qeyd edilib ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. Bu, Ermənistanın bəzi rəsmi şəxsləri tərəfindən də dəstəklənir. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, Bakıya maneəsiz yol verilməsinə hazırdırlar. Nəşr əlavə edib ki, status məsələsinə gəlincə, hansı yol olursa-olsun, Azərbaycan bunu “dəhliz” adlandıracaq. Politoloq Əli Oruclu "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi artıq beynəlxalq məsələyə çevrilib və bunun həlli də demək olar ki, İrəvanın iradəsindən kənardadır. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın hədəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı daha çox dividend əldə etməkdir: "Regional güclər və Qərb dəhlizin açılmasında maraqlıdır və İrəvanı da davamlı olaraq buna təşviq edirlər. Məsələnin mübahisə doğuran tərəfi dəhlizə kimin nəzarət edəcəyidir. Çünki buna həm Rusiya, həm də Qərb iddialıdır. 10 noyabr 2020-ci il Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı birgə bəyanatın şərtlərinə görə dəhlizin təhlükəsizliyinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin timsalında Moskva cavabdehlik daşıyır. Bu o anlamı verirdi ki, Rusiya əsas nəzarətçi olmalıydı. Lakin Qərbin müdaxiləsi və İrəvana davamlı təzyiqlərindən sonra Paşinyan həmin razılaşmadan boyun qaçırdı və suverenlik və yurisdiksiya məsələlərini qabardaraq Moskvanı oyundan kənara qoymağa çalışdı. Dəhliz təkcə Azərbaycandan Azərbaycana gediş-gəlişi təmin etməyəcək. Həm də Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihənin bir parçası olduğundan Fransanın da buna mane olacağı inandırıcı deyil. Paris regionda və Zəngəzur dəhlizi məsələsində öz maraqlarına oynayır". Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın dünyaya açılması baxımından çox vacibdir və bunun ləngidilməsi ziyanınadır: "Ona görə də Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə nəzərdə tutan nəqliyyat kommunikasiya qovşağının Zəngəzurdan keçən 40 km hissəsinin açılması çox ehtimal ki, yaxın vaxtlarda öz müsbət həllini tapacaq. Prinsipcə, erməni ictimaiyyəti buna xilas yolu kimi yanaşırlar. Ötən həftə erməni mətbuatının dəhliz boyu yaşayış məskənlərinin sakinlərdən hazırladığı reportajda da onların həyatlarına bunun müsbət təsir göstərəcəyinə ümidlə yanaşıblar. Demək, cəmiyyəti hazırlamaq Paşinyan hökuməti üçün elə də çətin olmayacaq. Dəhlizə müqaviməti göstərən İran da tədricən bununla razılaşmalı olacaq. Tehran təklənib və artıq öz təhlükəsizliyi onu daha çox qayğılandırır. Böyük regional və qlobal güclərə qarşı çıxmaq, prosesi ləngitmək kimi Tehranın gücü də yoxdur". Geri qayıt |