Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişirBu gün, 11:34 |
![]() Ermənistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrində yay hərbi xidmətə çağırış və tərxisetmə müddətləri ilə bağlı hökumətin qərar layihəsini dərc edib. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Sənədə əsasən, müddətli hərbi xidmətə yay çağırışı aprelin 14-dən iyulun 31-dək aparılacaq, lakin çağırışçılar hərbi hissələrə iyunun 23-dən iyulun 31-dək göndəriləcəklər. Eyni zamanda, iki il xidmət etmiş çağırışçıların tərxis olunması da həyata keçiriləcək. Ermənistanda qış çağırışı 2024-cü il noyabrın 25-dən 2025-ci il yanvarın 31-dək aparılıb, çağırışçıların orduya göndərilməsi isə yanvarın 7-dən başlayıb. Geri qayıt |