Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq
Əsas Səhifə > Güney Press > Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq

Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq


Bu gün, 09:39
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq
Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır və 4-cü ildir davam edən müharibənin sona çatması müzakirə mövzusudur. Ukraynanın əsas dəstəkçisi ABŞ-nin siyasi kursunu dəyişməsi Kiyevə ağır zərbə oldu. Bayden administrasiyasının hakimiyyətdən getməsindən sonra təklənən Ukrayna, Trampın təzyiqi ilə üzləşdi. Ötən həftə Səudiyyə Ərəbistanında münaqişənin müzakirəsi Ukraynasız aparılıb və danışıqlar Rusiya ilə ABŞ arasında baş tutdu. Ukrayna Prezidenti V.Zelenski isə dərhal Ankaraya yollandı. Ankaradan qayıtdıqdan sonra Zelenski bildirdi ki, Türkiyə ordusu Ukrayna ərazisində sülhməramlı kimi yerləşdirilə bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirməsi istiqamətindəki səylərini dəstəkləyir. O bildirib ki, ədalətli sülh üçün bütün tərəflərin maraqları təmin olunmalıdır: "İstanbuldakı görüş istisna olmaqla, indiyədək baş tutan bütün müzakirələrdə Rusiya təcrid edilib. Beləliklə, nəticə əldə olunmayıb. Həm Rusiya, həm də Ukrayna müzakirələrə dəvət edilməlidir. Bununla bağlı mövqeyimizi Ukrayna Prezidenti Volodimir Zelenskiyə, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrova çatdırdıq". Ərdoğan söyləyib ki, artıq müharibəyə son qoyulmalıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib ki, Türkiyə öz ərazisində Ukrayna ilə bağlı sülh danışıqlarını təşkil etməyə hazırdır. Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma münaqişənin hər iki tərəfinin - Rusiya və Ukraynanın iştirakı ilə həyata keçirilməlidir: "Biz hər cür dəstək göstərməyə, sülh danışıqlarını qəbul etməyə hazırıq. Sülh nizamlanmasına təcili ehtiyac var". H.Fidan qeyd edib ki, Ukraynanın NATO-ya üzv olmaq istəməsində realist olmaq lazımdır. Onun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüklə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə müzakirələrini də başa düşmək lazımdır: “Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir”. Nazir bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı rəsmi mövqeyi belədir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın açıqladığı kimi, Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmağa məcburuq”.

Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, İstanbul və ya Ankarada yeni masa qurmaq mümkündür. Amma deputat hesab edir ki, məzmun etibarı ilə 2022-ci ilin aprel ayında əldə edilmiş razılaşmanı təkrarlamaq bir qədər çətin görünür:

"O zaman İstanbulda razılaşdırılan, ancaq imza atılmayan razılaşma hələ müharibənin birinci mərhələsində idi və yalnız Ukraynanın iki vilayətində- Donetsk və Luqanskda müharibə gedirdi. Hər iki vilayətin böyük hissəsi o zaman Ukraynanın nəzarəti altında idi. Həmin şərtlər altında müzakirə olunan razılaşma tamam başqa idi. Donetskin tam işğalına cəmi 7 km. qalıb. Ondan sonra ruslar digər vilayətlərin sərhədlərinə girəcəklər. Üstəlik, Xerson və Zaporejye də Rusiyanın işğalı altındadır. Ümumiyyətlə, Azov dənizinə Ukraynanın çıxışı bağlanıb. Rusiya iddia edir ki, tutduğu ərazilərdən bir addım da olsa geri çəkilməyəcək. Müqayisə etsək, görəcəyik ki, Rusiyanın yenidən İstanbul razılaşmasına qayıtması mümkün deyil. Moskva buna getməyəcək. Üstəlik, ABŞ-nin Ukraynanı əzən mövqeyi kontekstində Rusiya buna heç razılıq verməyəcək. Rusiya XİN başçısı qardaş ölkənin xarici işlər naziri Hakan Fidanla görüşündən sonra dedi ki, Rusiya öz yerindədir, oradan geri durmayıb. Yəni Rusiya tələb edir ki, Ukrayna heç vaxt NATO üzvü olmayacaq. Yəqin ki, Rusiya Ukraynanın demilitarizasiya və denasifikasiya məsələlərini də nəzərdə tutur. Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq. Belə halda İstanbul razılaşmasına qayıtmaq bir qədər çətindir. S.Lavrov İstanbulda da çox aqressiv və əsəbi danışdı. İlk andan vurğuladı ki, bu müharibəni Rusiya başlatmayıb, səbəbkar Avropadır. Halbuki, bundan öncə Moskva birmənalı ABŞ-ni tənqid edirdi. Lakin indi Amerikanın adını çəkmir, Avropanı suçlayır. Diplomatiya bu qədər mürəkkəb və liberal hadisədir. ABŞ-nin təkcə Ukraynanı deyil, Avropa İttifaqını belə gözardı etməsi Rusiya üçün geniş imkanlar açıb. Maraqlıdır ki, ABŞ-nin Ukrayna və Avropaya təzyiqi davam edir. Belə olan halda Rusiya niyə Türkiyənin vasitəçiliyinə razı olmalıdır ki?".

Parlamentari vurğulayıb ki, Lavrovun Türkiyəyə səfəri, sadəcə, Ukrayna məsələsinə görə deyildi, başqa mövzular da müzakirə olunurdu:

"Tunelin ucunda işıq ucu görünər-görünməz Rusiya gözlərini açaraq dərhal Avrasiyadan danışmağa başladı. Rusiya rəsmisinin Ankaraya səfərində məqsəd Suriyada, Afrikada, Aralıq dənizində itirilmiş mövqelərini bərpa etməkdir. Həmçinin, Cənubi Qafqaz regionu da müzakirə predmetidir. Rusiya artıq Ukrayna məsələsini Avropadakı müxalif səslərə baxmayaraq, "cibində" hiss edir. Əgər Avropa qətiyyətli mövqe nümayiş etdirərsə, bəlkə o zaman ABŞ-nin beynəlxalq hüquq yadına düşər. İstanbul razılaşmasından onda danışmaq olar".

Geri qayıt