Əsas Səhifə > Güney Press, Partiya > "Münasibətlərdə gərginliklər ola bilər, olur da...

"Münasibətlərdə gərginliklər ola bilər, olur da...


Bu gün, 13:57
"Münasibətlərdə gərginliklər ola bilər, olur da...
“ABŞ və İsrailin birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayacağı və nüvə obyektlərini vuracağı kimi məlumatları ciddi qəbul etmirəm. Əvvəla, bilmək lazımdır ki, İslam İnqilabına qədər bölgədə Amerikanın bir nömrəli müttəfiqi İran olub. İnqilabdan sonra İranın bu mövqeyində ciddi dəyişiklik baş versə də, tərəflər arasında təmaslar yenə mövcuddur”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri İran-ABŞ təmaslarına dair konkret faktlara da istinad edib:

“Bir müddət əvvəl İsrail-İran münasibətlərində gərginlik yarandı. İran İsrailə raket zərbələri endirdi. Amma bu zərbələrdən öncə İran bu barədə ABŞ-a müvafiq məlumat verdi. Eyni zamanda ABŞ İsrailin İrana zərbələrindən əvvəl Tehrana müvafiq məlumat ötürdü. Bunun kimi çoxlu faktlar var. Yəni iki tərəf arasında münasibət mövcuddur”.

S. Cəlaloğlu qeyd edib ki, ABŞ-nın İsraillə birlikdə İrana qarşı əməliyyatlara başlaması üfiqdə belə görünmür: “Münasibətlərdə gərginliklər ola bilər, olur da. Amma ABŞ heç vaxt buna getməz. Amerika sadəcə, istəyir ki, İran Yaxın Şərqdə bəzi fəaliyyətlərini dayandırsın, xüsusilə, proksitləri vasitəsilə apardığı hərbi işləri. Eyni zamanda əməkdaşlıq olsun. İran indiyə qədər buna getməyib. Bu baxımdan Donald Tramp zamanında mən fərqli siyasət gözləmirəm”.

S. Cəlaloğlu sonda əlavə edib ki, İranın müsəlman ölkələri ilə bağlı problemləri var və bu ölkənin apardığı siyasət İslam dinini bölür.

Geri qayıt