Əsas Səhifə > Güney Press > Tanınmış həkim dünyasını dəyişdi
Tanınmış həkim dünyasını dəyişdiBu gün, 11:58 |
![]() Tanınmış həkim Damət Kərimli vəfat edib. Bu barədə Bakupost.az -a mərhumun yaxınları məlumat verib. Bildiriblər ki, D.Kərimli uzun sürən onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Damət Kərimli 1952-ci il mayın 8-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Yardımlı rayon sanepidemstansiyasında qida həkimi kimi başlayıb, sonra infeksionist-həkim işləyib. 1998-ci ildən isə X.Rəfıbəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışıb. D.Kərimli şeir yaradıcılığı ilə də məşğul olub, daha çox lirik, satirik şerlər, qəzəllər yazıb, bir neçə kitabın müəllifidir. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Geri qayıt |