Əsas Səhifə > Güney Press > “Rus dilini bilən kadrlara ehtiyac azala bilər”
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər”Dünən, 17:02 |
![]() Azərbaycanda işə düzəlmək üçün əsas tələblərdən biri də məhz rus dili biliyinin olmasıdır. İş elanlarının demək olar ki, 90 faizində rus dilini bilən kadrlara daha çox üstünlük verilir. Bir sözlə rus dili ölkəmizdəki əmək bazarında ciddi tələbə çevrilib. Rusiyada fevralın 5-dən miqrantlara qarşı tətbiq edilən sərt qaydalar və son vaxtlar Rusiya - Azərbaycan arasında müşahidə edilən gərginlik bəhs etdiyimiz məsələni də aktuallaşdırır. Maraqlıdır, Rusiya ilə münasibətlərimizin soyuması gələcəkdə əmək bazarımızda rus dilli kadrlara təlabatı azalda bilərmi? Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Azər Allahverənov yerli əmək bazarında rus dilli mütəxəssislərin işə cəlb olunması ehtiyacının ikinci plana atıla biləcəyini istisna etməyib: “Siyasi məsələlərdə bir çox mövzular müəyyən mənada müzakirə edilir ki, rus dili də buna daxildir. Əmək bazarında rus dili ilə bağlı bir çox məqamlar ola bilsin, müzakirələrə səbəb olsun. Misəl üçün bəzi yerlərdə işə götürülən zaman vakansiyada məlumat verilir ki, rus dilinə üstünük verilir. Yalnız diplomatik münasibətlərdə soyuqlaşma müşahidə olunduğu halda rusdilli kadrlara ehtiyac azala bilər”. Bu məsələdə iqtisadi aspektlərin də olduğunu vurğulayan Azər Allahverənovun sözlərinə görə Azərbaycanla Rusiya arasında münasibətlər iqtisadiyyatın bir çox sahələrində özünü biruzə verir: “Ticarətdir, sərmayədir, biznesin qurulmasıdır, yəni bu sahədə iqtisadi tərəfdaşlıq daha çoxdur. Yenə də münasibətlər dəyişərsə, kadrlara birbaşa ehtiyac azala bilər. Bütün bu sadaladığım aspektlərin müəyyən səpkidə olmasına baxmayaraq tam əminliklə deyə bilərik ki, rus dilli ölkəmizdə millətlərarası ünsiyyətin əsas meyarı və o cümlədən biznesdə geniş şəkildə istifadə olunan xarici dillərdən biri hesab olunur”- deyə deputat əlavə edib. Geri qayıt |