Əsas Səhifə > Güney Press > Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir20-02-2025, 17:54 |
![]() Parisdə növbəti dəfə Azərbaycanın “Fransada sabitliyi pozması” ilə bağlı giley-güzar səsləndirilib. Bu dəfə analoji narazılığı Fransa Qanunvericilik Assambleyasının üzvü Silven Meylar dilə gətirib. “Biz Ermənistanın yanında olduğumuz üçün Azərbaycan xaricdə, Fransada, xüsusən də Yeni Kaledoniyada sabitliyi pozmağa çalışır”, - o bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, G7 ölkəsi, Avropa Birliyinin siyasi liderliyinə iddialı, “dünyanın bölüşdürülməsində payçı” sayılan Fransanın bu cür “gileyi” vaxtaşırı dilə gətirməsi bu dövlət haqda heç də müsbət təsəvvür yaratmamaqla bərabər, Azərbaycanın nüfuzunun dolayı etirafıdır. Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Fransa tərəfinin irəli sürdüyü fikirlər tamamilə əsassız və absurd xarakter daşıyır: "Silven Meylar hansı sabitlikdən bəhs edir? Fransa hakimiyyəti öz nəzarətində olan ərazilərdə yerli əhalinin fundamental hüquqlarını kobud şəkildə pozur, müxtəlif eksperimentlər aparır və antihumanist yanaşmalar sərgiləyir. Əslində, bu ölkənin siyasi düşüncəsində "sabitlik" anlayışı yalnız kolonialist maraqların təmin olunması ilə ölçülür. Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış etdiyi üçün Parisin narahatlığı da məhz bundan qaynaqlanır. Ümumiyyətlə, Azərbaycanın çəkinməli olduğu heç bir məqam yoxdur, çünki biz tarix boyu həmişə ədalətin, haqqın və beynəlxalq hüququn tərəfində dayanmışıq". Geri qayıt |