Əsas Səhifə > Güney Press > Elmar Məmmədyarov sülh prosesindən danışdı:
Elmar Məmmədyarov sülh prosesindən danışdı:20-02-2025, 18:58 |
![]() ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var. Bu barədə ABŞ-nin Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Vesti.az-a müsahibəsində bildirib. Brayza Azərbaycanla Ermənistanın sülh razılaşmasına yaxın olduqlarını qeyd edib. Politoloq vurğulayıb ki, hər iki tərəf razılığa yaxındır, lakin Paşinyanın ciddi siyasi müqaviməti var. Ümid edirəm ki, Tramp öz töhfəsini vermək istəyir. Metyu Brayzanın sözlərinə görə, Tramp hələ ki Vaşinqtonda öz hakimiyyətini gücləndirməyə və Ukrayna ilə Rusiya arasında sülhə diqqət yetirir. Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Sherg.az”a vurğulayıb ki, İrəvan və Bakı arasında artıq danışıqlar gedir: “Yəni ilk gündən dediyim kimi birbaşa danışıqlar aparılmalıdır. Çünki ən yaxşı variant budur və vasitəçiliyə ehtiyac yoxdur. Vasitəçiliyi təklif edən istənilən tərəfin isə öz milli maraqları olur. Ona görə də ABŞ nə Azərbaycan, nə də Ermənistanı düşünmür. Artıq iki ölkə vasitəçilər olmadan problemin həlli üçün razılığa gəlib. Hətta sülhün imzalanması üçün 2 bəndin qaldığı bildirilir. Lakin Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiası ortadan götürülmədən sülhün imzalanması mənasızdır. O ki qaldı sülh məsələsinə, mən Nostradamus olmadığım üçün bu ilin sonuna qədər müqavilənin imzalanıb-imzalanmayacağı haqqında heç nə deyə bilmərəm”. E.Məmmədyarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiyaya da toxunub. O bildirib ki, Ermənistan və ABŞ arasında imzalanan xartiya hər iki tərəfin öz işidir: “Lakin həmin xartiyada “Dağlıq Qarabağa” istinad var. Nəyə görə “Dağlıq Qarabağa” istinad edirlər? Bildirirlər ki, qaçqınlara hümanitar baxımdan yardım göstərməliyik. İraq və Suriyadan da ermənilər Ermənistana qaçıblar. Bəs niyə onları qeyd etmirlər? Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı razılığa gəldikləri üçün ABŞ son olaraq xartiya məsələsini ortaya atdı. Rusiya Minsk qrupunun ləğvinə etiraz etmədiyini söyləmişdi. Amma ABŞ və Fransa belə bəyanatlar ilə çıxış etməyib. Gələcək zamanda Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciət etsə, ABŞ və Fransa xartiyaya əsaslanaraq qaçqınlara dəstək göstərmək adıyla üçün buna razı olmayacaq. Donald Trampın dövründə isə xartiyanın əhəmiyyəti olmayacaq. Ümumiyyətlə, Trampın Cənubi Qafqazla bağlı məşğul olmaq fikirində deyil, onun planında Yaxın Şərq, Rusiya və Ukrayna kimi böyük məsələlər dayanır”. Geri qayıt |