Əsas Səhifə > Güney Press > Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb?
Çaya “pesok” qarışdırıb içmək ilk dəfə harada ortaya çıxıb?19-02-2025, 16:33 |
![]() Dünyada insanlar tərəfindən ən çox istehlak edilən içkilərdən biri də çaydır. Yeniavaz.com xəbər verir ki, çayın vətəni Çin hesab olunsa da, artıq dünyanın əksər ölkələrində çay istehsalı və istehlakı geniş yayılıb. Maraqlıdır ki, Çində yüzilliklər boyu çay içilsə də, çaya şəkər qarışdıraraq içmək ənənəsi ilk dəfə Avropada – İngiltərədə ortaya çıxıb. 16-cı əsrin əvvəllərindən başlayaraq çay İngiltərədə populyarlıq qazanmağa başlayıb. Çay bahalı içki hesab olunduğu üçün daha çox varlı şəxslər tərəfindən istehlak edilib. Həmin dövrlərdə çayla bərabər şəkər də bahalı olub. İngiltərədə varlı təbəqə öz zənginliklərini nümayiş etdirmək üçün iki bahalı məhsulu – şəkəri və çayı qarışdırarq içməyə başlayıblar. Artıq 17-ci əsrin sonları, 18-ci əsrin əvvəllərində çaya şəkər əlavə etmək dəbdəbəli həyatın əsas əlamətlərindən birinə çevrilib. Avropada şəkərə tələbatın artması Amerikada şəkər plantasiyalarının sürətlə böyüməsinə də təkan verib. Onu da bildirək ki, vaxtı ilə dəbdəbəli həyatın simvolu hesab olunan “şirin çay”ın insan orqanizmi üçün bir o qədər də faydalı olmadığı artıq məlumdur. Çaya şəkər qarışdıraraq içməyin bir sıra zərərləri var və onları ümumiləşdirərək aşağıdakı kimi təqdim edə bilərik: - Şəkər yüksək kalorili olduğu üçün artıq enerji qəbuluna səbəb olur. Şəkərli içkilərin (o cümlədən, çayın) müntəzəm istehlakı piylənmə riskini artırır; - Şəkər qanda qlükoza səviyyəsini sürətlə yüksəldir və bu, insulin müqavimətinə səbəb ola bilər. Uzun müddət ərzində yüksək şəkər istehlakı 2-ci tip diabet riskini artırır; - Şəkər diş minasını zəiflədən və diş çürüməsinə səbəb olan bakteriyaların qidalanmasına şərait yaradır. Xüsusilə, şəkərli çay içib sonra dişləri təmizləməmək dişlərin zədələnməsinə gətirib çıxarır; - Artıq şəkər istehlakı xolesterin səviyyəsini artıraraq ürək xəstəlikləri riskini yüksəldir. Şəkərli içkilər qan təzyiqini də yüksəldə bilər; - Şəkərin həddindən artıq istehlakı qaraciyərdə piylənməyə səbəb ola bilər ki, bu da uzun müddətdə qaraciyər xəstəliklərinə gətirib çıxara bilər; - Şəkər beyində mükafat mərkəzini stimullaşdırır və bu, insanda şəkər istəyini artırır. Bu da bir növ asılılıq yarada və insanı daha çox şəkər istehlak etməyə yönləndirə bilər; - Şəkər həzm sisteminin mikroflorasına mənfi təsir göstərir və həzmlə bağlı problemlərə, o cümlədən qəbizliyə və mədə turşuluğunun artmasına səbəb ola bilər; - Şəkərin çox istehlakı dəridə sızanaq və erkən qocalma prosesini sürətləndirə bilər. Şəkər qlikasiya adlı prosesə səbəb olaraq dərinin elastikliyini azaldır; - Şəkər qısa müddət ərzində enerjini artırsa da, sonra qanda şəkərin qəfil düşməsinə səbəb olur. Bu da insanın tez yorulmasına və əhvalının düşməsinə gətirib çıxarır; - Şəkərin həddindən artıq qəbulu depressiya, əsəbilik və diqqət problemlərinə səbəb ola bilər. Geri qayıt |