Əsas Səhifə > Güney Press > “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var18-02-2025, 17:19 |
![]() “MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir. Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 15 924 107.16 manatdır. Qeyd edək ki, “MSDİS Holding” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 500 manatdır və qanuni təmsilçisi Mirfəyyaz Nağıyevdir. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Geri qayıt |