Əsas Səhifə > Güney Press > Şahnaz Bəylərqızı ilə bağlı
Şahnaz Bəylərqızı ilə bağlıBu gün, 17:25 |
![]() “Toplum TV”nin əməkdaşı, jurnalist Şahnaz Bəylərqızı həbsdən buraxılmayıb. "DİA-AZ" qafqazinfo.az-a istinadən xəbər verir ki, vəkili qərarın ləğv edilməsini və jurnalistin sərbəst buraxılmasını tələb edən şikayət vermişdi. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə işin indiki vəziyyətində dəyişiklik olmadığını əsas gətirərək şikayəti təmin etməyib. Qərara əsasən, birinci instansiya məhkəməsinin 3 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 2-də həbs edilib. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir. Geri qayıt |