Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşübBu gün, 12:57 |
![]() Ermənistan hökuməti 1997-ci il martın 27-də imzalanmış Avrasiya Kino Akademiyasının yaradılması haqqında sazişi qüvvədən düşmüş hesab edib. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib. "Sazişin məqsədi çoxmillətli müasir kino mədəniyyətinin inkişafı, milli kinematoqrafiya ənənələrinin qorunması və inkişaf etdirilməsi, MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsinə yeni təkan vermək idi", - qərarda qeyd olunub. Bildirilib ki, bu qərar sazişin öz aktuallığını itirməsi ilə əlaqədardır. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi sazişin qüvvədən düşmüş hesab edilməsi haqqında protokolun imzalanmasını məqsədəuyğun hesab edib. Geri qayıt |