Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar"
Əsas Səhifə > Güney Press, Partiya > "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar"

"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar"


Bu gün, 16:23
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar"
Azərbaycanda Rusiya şəbəkəsinin olduğu artıq faktlarla öz təsdiqini tapıb. Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Vaxtilə Ramiz Mehdiyevin vəzifədə olduğu dövrdə onu Milli Məclisdə ən sərt formada tənqid edən sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı olub. O, məşhur çıxışında Leonid İliç Brejnevin, Qorbaçovun əsərlərini, köhnə ideologiyada olan kitabları anbarlarda saxlatdırdığını onun üzünə bildirmişdi. “Ramiz Mehdiyevə lazımdırsa, çıxardıb satdırsın” deyə Sabir Rüstəmxanlı çıxışına əlavə etmişdi.

Xalq şairi Sabir Rüstəmxanlı Manset.az-a açıqlamasında Ramiz Mehdiyev kimiləri üzü Rusiyaya yatan adamlar adlandırıb:

“Ramiz Mehdiyev Moskva vaxtından yetişmiş, ora bağlı adamlardan biri idi. O, həmişə Ermənistanla bizim konfiliktimizdə, Rusiya ilə bağlı məsələrdə birtərəfli mövqe tuturdu. Ramiz Mehdiyev çox qəti mövqe bildirmirdi. Onun Ermənistanla bağlı bir kitabı var idi, Rusiyada çap edilmişdi. O, kommunist ideologiyasının adamıdır, kommunizm dövründə tərbiyə almışdı, həmin dövrdə böyümüşdü. Onun yaradıcılığında da o təfəkkür, o duyğular əks olunub. O, ideologiya bizim türkçülüyümüzü qəbul etmir. Ramiz Mehdiyev də o ideoloqlardan biridir. Onun dövründə Azərbaycanda soyadların dəyişdirilməsi, millətə türk adlarının qoyulmaması, saxlanılmaması və bir çox məsələrdə Ramiz Mehdiyevin böyük rolu olub. Bunlar ömürləri boyu üzü Moskvaya doğru yatıblar. Türkiyənin dünyadakı rolunu və bizimlə yaxınlaşmağımızın prespektivini dərindən bilməyiblər. Bunu heç kim inkar edə bilməz. Adları çəkilən bu adamlarda Azərbaycanda gedən müsbət proseslərə qarşı biganəlik və gizli bir nifrət var”.

Geri qayıt