Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır
Əsas Səhifə > Güney Press > Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır

Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır


Bu gün, 12:54
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır
Yanvarın 20-də İsveçrə Konfederasiyasının məhşur turizm məkanı olan Davos şəhərində ənənəvi Davos İqtisadi Forumu öz işinə başlayıb. Dörd gün davam edən və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın liderin toplaşdığı bu mötəbər toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biridir. Belə ki, ölkəmizin başçısı cənab İlham Əliyev ardıcıl iştirak etdiyi Davos İqtisadi Forumunda qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır, həmçinin bir sıra qərarların qəbul olunmasında birbaşa iştirak edir. Cənab Prezident həmçinin bu mötəbər tədbirin tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu da ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir.
Bu ilki Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra ölkələrin, həmçinin tanınmış şikətlərin rəhbərləri ilə görüşüb, qarşılıqlı əlaqələr müzakirə edilib. Eyni zamanda dövlətimizin başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Öz müsahibəsində cənab Prezident bir sıra mühüm məqamlara, o cümlədən Orta Dəhlizin əhəmiyyətinə toxunub. Qeyd ediib ki, bu, sözsüz ki, alternativ təklif edir, biznes imkanlar təmin edir. Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Onun hədəfləri özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Ötən müddət ərzində bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş verib. Hər iki dövlət strateji tərəfdaşdır, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Lakin həm də gürünür ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcəkdir. buna görə də yeni məqsədlər qarşıya qoyulub. Bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi ölkəmiz növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyir. Beləliklə, Azərbaycan hazırda dəniz ticarət limanını və dəmir yolu infrastrukturunu genişləndirilməsini maliyyələşdirir, bu istiqamərdə işlər davam edir.
Məlumdur ki, Mərkəzi Asiyada bağlantı layihələri əsasən Çin hökuməti tərəfindən maliyyələşdirilir. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və buna mütləq hazır olmalıyıq. Bununla əlaqədar əminik ki, ÇXR-nın Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Ölkələrimizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt