Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır
Əsas Səhifə > Güney Press > İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır

İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır


Bu gün, 11:39
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır
Ermənistan Baş naziri Azərbaycana qarşı ittihamlarla çıxış edib. Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır. O, bu təhdidlər sırasında Qərbi Azərbaycan İcmasını da görür.
Paşinyanın ittihamlarını rəsmi Bakı cavabsız qoymayıb. Azərbaycan XİN-dən bildirilib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistan hərbi xərcləri təqribən üç dəfə artıraraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatdırıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir. Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Paşinyan daxili auditoriyanı sakitləşdirmək üçün belə ittihamlarla çıxış edir:
"Paşinyan həm də xarici havadarlarının sifarişini yerinə yetirir. Son vaxtlar Ermənistana Fransa və Hindistandan silahlar gətirilir. Ermənistanın Baş naziri delimitasiya və demarkasiya gedən ərazilərdə, həmçinin Kəlbəcər istiqamətində müşahidə olunan hərbi fəallığı əsaslandırmaq üçün bu cür çıxışlar edir. Hesab edirəm ki, bütün bunlar yekunda sülh prosesinə zərbə vuran addımlardır. Ermənistan rəhbərliyi son vaxtlar kommunikasiyalar və Zəngəzur dəhlizi ilə bağlı absurd açıqlamalar verirlər. Bunlar birmənalı şəkildə sülh müqaviləsindən yayınmaq, mövcud status-kvonu qorumaq üçün edilir".
Nağıyev xatırladıb ki, otuz ilə yaxın davam edən işğal dövründə Ermənistan Azərbaycana milyarlarla dollar ziyan vurub. İndi rəsmi İrəvan bu zərərin bədəlini ödəməlidir. Ermənistan rəhbərliyi faktlardan qaçmaq üçün ortaya müxtəlif iddialar atır.
Politoloq İlyas Hüseynov da o fikirdədir ki, Azərbaycanın Ermənistana təhdid yaratması ilə bağlı fikirlər həqiqəti əks etdirmir:
"Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Azərbaycanın öz ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb etməsi təhdid kimi qəbul edilməməlidir. Paşinyanın bu tezisləri ortaya atmasının isə səbəbi var. Ermənistan tərəfi guya Azərbaycandan gələ biləcək təhlükə üçün bu addımları atdığını göstərməyə çalışır".
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi militarist siyasətini pərdələmək, sülh danışıqları apardığı ölkəyə qarşı ərazi iddiasının təsbit olunduğu Konstitusiya aktı ilə bağlı məsələlərdən diqqəti yayındırmaq istəyir. Ermənistan sürətlə silahlanmaqla Azərbaycana qarşı yeni işğalçılıq planlarını reallaşdırmaq məqsədi güdür. Baxmayaraq ki, onlar bəyanatlarında bunun əksini deyirlər, ancaq hadisələrin gedişatı Ermənistanın gələcək planları barədə aydın təsəvvür yaradır".
Hüseynovun fikrincə, Fransa və Hindistan silahlarının daha geniş həcmdə tədarükü Paşinyanın əsas məqsədidir. Bu günlərdə Ermənistan müdafiə nazirinin Hindistana baş tutan səfəri də Ermənistanın militarist siyasətinini sürətlə davam etdirdiyinə işarədir:
"Ermənistan Azərbaycanla sərhəddə hərbi fəaliyyət icra edir. Bütün bunlar təbii ki, Azərbaycan tərəfindən diqqətlə izlənilir. Ermənistan çalışır ki, hərbi kampaniya ilə öz məqsədlərinə nail olsun. Regionda mövcud olan gərgin geosiyasi vəziyyəti bu məqsədlərin həyata keçrilməsi üçün fürsət hesab edir. Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiasının olmaması dəfələrlə vurğulanıb. Vaxtilə Ermənistandan zorla köçürülmüş azərbaycanlıların tarixi yurdlarına qayıdışı və Zəngəzur dəhlizi ilə bağlı məsələlər rəsmi Bakının gündəliyində duran əsas məsələlər sırasındadır. Azərbaycan prosesləri hərbi yolla həll etmək niyyətində olmadığını dəfələrlə bəyan edib".

SPUTNİK.az

Geri qayıt