Əsas Səhifə > Güney Press > "Köçəryanın etirafından sonra Ermənistanda
"Köçəryanın etirafından sonra ErmənistandaDünən, 16:39 |
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib. Musavat.com xəbər verir ki, onun "Жизнь и свобода" adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib. Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub. Köçəryan fəaliyyəti dövründə baş verənləri, sözün əsl mənasında etiraf edir. Bu etirafların səbəbi nədir? Yoxsa, Ermənistanın keçmiş hakimləri etirafçımı olacaq? Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gündəm həm Ermənistandakı separatçıların qalıqları, həm də Qarabağda həbs edilən və hazırda Azərbaycanda həbsdə olan terrorçu ünsürlərin bir-birinin bəhsinə yavaş-yavaş məsələləri açmasına səbəb olacaq. “Artıq Azərbaycandakı separatçı ünsürlərin nümayəndələri vəziyyəti izah etməyə başlayıblar. Məsələ açılır. Robert Köçəryan da açıqlamaları artıq bir-birinə “pas” ötürmək kimi qəbul olunmalıdır. Yəni “yalnız mən təqsirkar deyiləm, məndən başqa o birisi də təqsirkardır” kimi bir vəziyyət yaratmağa çalışırlar. Nikol Paşinyanın da etirafları var. Baş nazir bildirir ki, “bəli, filan prezidentin dövründə bu hadisə baş verib”. Sadalamaq bir kənara, artıq göstərir. Çünki Levon Terpetrasyanın dövründə olan hadisələrin videokadrların ortaya çıxarılması və sonrasında Robert Köçəryanla bağlı məsələlərin ortaya çıxarılması Robert Köçaryanı da fakt qarşısında qoyub. Artıq onlar təkcə beynəlxalq aləmə deyil, həm də Ermənistandakı cəmiyyətə göstərməyə çalışırlar ki, “hansımız erməni xalqı üçün daha çox qəhrəmanlıq etmişik”. Əslində bu gün Ermənistanda bunun yarışı gedir”-deyən Samir Hümbətov hesab edir ki, bu etiraflar kəsilmədən davam edəcək. Politoloqun fikrincə, Ermənistan siyasiləri hər şeyi etiraf etməsə belə, özləri öz məlumatlarını gec-tez ortaya qoyacaqlar. Geri qayıt |