Əsas Səhifə > Güney Press > Ukrayna ordusu əks-hücuma keçib

Ukrayna ordusu əks-hücuma keçib


Dünən, 15:36
Ukrayna ordusu əks-hücuma keçib
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun irəliləməsini ləngitmək və mümkün sülh danışıqlarına qədər vaxt udmaq üçün bütün cəbhə boyu əks-hücuma keçib.

Reyting.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

Ukrayna hərbçiləri xüsusilə, Rusiya Federasiyasının Kursk vilayətində, Donetsk vilayətinin Toretsk və Pokrovsk bölgələrində təşəbbüsü bərpa etməyə çalışırlar.

Xatırladaq ki, bu ilin yanvar ayında Ukrayna Silahlı Qüvvələri əks-hücumları bərpa edərək Sudjadan təxminən 10 km cənubda irəliləyib. Bir neçə yaşayış məntəqəsinin nəzarətə götürülməsi isə Kursk vilayətində ukraynalıların vəziyyətini yüngülləşdirib və bundan Kremllə gələcək danışıqlarda hərbi üstünlük kimi istifadə oluna bilər.

Nəşr yazır ki, Ukrayna öz mövqelərini mümkün qədər gücləndirməyə çalışır. Əsas məqsəd rusların hücumunu ləngitməkdir. “Le Figaro”nun qeyd etdiyi kimi, bu cür taktikalardan ukraynalılar təkcə Kursk vilayətində deyil, Toretsk və Pokrovskdə də istifadə edirlər.

“Lakin Ukraynanın əks-hücumları döyüş meydanında vəziyyəti dəyişdirməyə qadir deyil. Ruslar təşəbbüsü əldə saxlayır və gündə təxminən 10 kvadrat kilometr irəliləyirlər”, - yazan nəşr hərbi mənbəyə istinadla bildirir ki, Ukraynanın tükənmə dərəcəsi nəzərə alınsa, bu əks-hücumlar uzunmüddətli strategiya deyil. Qısa müddətdə isə onlar Ukraynaya Kremllə potensial sülh danışıqları ərəfəsində öz mövqelərini möhkəmləndirməyə imkan verəcək.

Geri qayıt