Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?"
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?"Bu gün, 12:28 |
![]() "İranın Ermənistandakı səfiri Mehdi Sobhani ümumiyyətlə SEPAH-ın kadrı kimi tanınır və daha çox Azərbaycan əleyhinə verdiyi açıqlamalarla məşhurdur. O, İranın Ermənistandakı səfirindən daha çox Ermənistanın rəsmi nümayəndəsi kimi davranır və onun açıqlamalarına da bu kontekstdə baxmaq daha doğru olardı". Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O vurğulayıb ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır və bunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib: "İranın burada əsas narahatlığı tranzit yolu kimi öz ərazilərinin əhəmiyyətini itirməsidir. Azərbaycan üçün Zəngəzur dəhlizinin Ermənistandan açılması daha perspektivli variantdır, nəinki İran ərazisindən Naxçıvana quru yolu ilə keçid. İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqənin qurulması üçün öz ərazisindən istifadə edilməməsini tövsiyə edir ki, bu da qəbulolunmazdır. Bu məsələyə İran heç bir halda qarışa bilməz. Çünki Ermənistan bununla bağlı öhdəlik götürüb. Üçtərəfli bəyanatda da qeyd olunub ki, kommunikasiya xətləri açılmalıdır və Ermənistan tərəfi Azərbaycanın əsas hissəsinin Naxçıvanla quru və dəmir yolu əlaqəsi qurmasına razılıq verməlidir. Yəni, bununla bağlı üzərinə götürdüyü öhdəlik var və İrəvan buna riayət edəcək. Açığı, İranın indiki mövqeyi heç Paşinyan hökumətinə də sərf etmir. Çünki Paşinyan hökuməti kommunikasiyaların açılmasında maraqlıdır, yəni regional kommunikasiyaların açılması onlara sərf edir. Həm də bu, Ermənistanın transit rolunu da artıracaq. Nəzərə alaq ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən bir yol deyil, eyni zamanda Çindən Avropaya uzanan geniş ticarət yolunun əsas şəbəkəsidir. Yəni, burada böyük dövlətlərin xüsusi marağı var və İran da bunu başa düşdüyü üçün həmin yolun öz ərazisindən keçməsini arzulayır. Bu səbəbdən də İran Ermənistana təzyiq göstərərək bu məsələyə mane olmağa çalışır. Zəngəzur dəhlizi Sobhaninin qeyd etdiyi kimi Ermənistanın əleyhinə yox, əksinə, xeyrinədir. Təbii ki, Paşinyan hökuməti də bunu başa düşür". Zeynal Əmrəliyev qeyd edir ki, İran bu ritorikanı səsləndirməklə tamamilə yanlış hərəkət edir, çünki yaxşı bilir ki, gec-tez Zəngəzur dəhlizi açılacaq: "Yaxşı olardı ki, rəsmi Tehran bu məsələdə tərəflərə mane olmasın. Bu, Azərbaycan və Ermənistan arasında imzalanmış müqaviləyə əsasən müəyyən ediləcək bir məsələdir. Buna İranın və ya başqa bir dövlətin müdaxiləsi, əlbəttə ki, yersizdir". Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun çəkilməsindən danışarkən deyib ki,İran Ermənistan ərazisindən keçən hər hansı bir marşrutun əleyhinədir. O, Tehranın Azərbaycana yüklərin daşınması üçün yeni marşrut təklif edəcəyini bildirib. O, həmçinin İranın Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyən yeganə region ölkəsi olduğuna da diqqət çəkib. “Bizim mövqeyimiz aydındır: “dəhliz” Ermənistan kimi İran üçün faydalı deyil. Bəzi ölkələr İranın bu məsələdə güzəştə getdiyi barədə şayiələr yayır, lakin Tehran üçün bu, təhlükəsizlik məsələsidir”, – deyə Sobhani deyib. Geri qayıt |