Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq:
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq:Bu gün, 11:20 |
![]() ABŞ Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı, erməni əsilli Maykl Kavukyanı Norveçə səfir təyin etməsi maraqla qarşılanıb. Sözügedən vəzifənin həm keçmiş kəşfiyyatçı, həm də erməni əsilli olan birinə verilməsi müzakirələrə səbəb olub. Bəzi iddialara görə, Trampın bu qərarına səbəb Kavukyanın məhz əvvəllər MKİ-nin əməkdaşı kimi çalışmasıdır. Yəni Norveç Danimarkaya yaxın olduğu üçün ora keçmiş kəşfiyyatçını təyin edib. Hətta ABŞ prezidentinin Kavukyana Qrenlandiya məsələsi ilə bağlı məlumat toplamaq tapşırığı verdiyi bildirilir. Trampın belə bir vəzifənin Maykl Kavukyana tapşırması qərarını nə dərəcədə uğurlu hesab etmək olar? Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, məsələnin Danimarka ilə bağlılığı ola bilər: “Amma Norveç özü də çox vacib ölkədir. Biz Norveç və Danimarkaya bir çərçivədə baxmalıyıq. Çünki hər iki ölkədə Arktikada gedən rəqabətin tərkib hissəsidir. Digər tərəfdən isə ABŞ Norveçin Tromso adasında yenidən güclənir, burada olan aerodrom təkrar açılıb. Norveçin yaxınlığında olan Şpisbergen adasında Rusiya ötən il yeni hərbi məntəqələr inşa etdi. O ərazidə nüvə poliqonu yerləşir. 2024-cü ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu bu poliqonu ziyarət edib və nüvə təlimlərindən danışıb. O baxımdan Kavukyanın təyinatını həm də Arktikada gedən rəqabət kontekstində dəyərləndirmək lazımdır. Qrenlandiya bu mübarizənin davamıdır. Trampın bu təyinatı Danimarka başda olmaqla Arktikaya münasibətdə artan diqqəti əks etdirir”. Geri qayıt |