Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASIBu gün, 16:52 |
![]() Xəbər verildiyi kimi Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib. Hadisə barədə məlumatı Mərkəzi Aran Regional Təhsil İdarəsi yayıb. Kürdəmirdə məktəblilər arasında yaranan mübahisə ilə bağlı xəsarət alan uşağın atası Səbuhi Şahbazov hadisə ilə bağlı Bizim.Media–nın yerli bürosuna danışıb: “Bazarda idim, anam zəng elədi ki, tez gəl evə uşaq pisdi, məktəbdə yıxılıb. Qaçaraq getdim məktəbə gördüm ki, uşağı bıçaqla vurublar yıxılıb qan axır. Biri böyrəyindən biri də kürəyindən uşağıma iki bıçaq xəsarəti yetirblər. Sonra məktəbin direktoru təcili tibbi yardım maşını çağırdı, tez mindirib gətirdik xəstəxanaya uşağı əməliyyat etdilər, indidə reanimasiya şöbəsinə yerləşdiriblər”. Ata deyib ki, oğlu sakit uşaq idi, bundan əvvəl də heç kimlə mübahisəsi olmayıb. TƏBİB-dən isə Bizim.Media-nın yerli bürosunun sörğusuna cavab olaraq bildirilib ki, 07.02.2025-ci il tarixində saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, hadisə rayonun 6 saylı tam orta məktəbində qeydə alınıb. Belə ki aralarında yaranan mübahisə zəmnində 10-cu sinif şagirdi 11-ci sinif şagirdinə bir neçə bıçaq xəsarəti yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. ![]() ![]() Geri qayıt |