Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Aliment fondu layihəsi reallaşır
Aliment fondu layihəsi reallaşırBu gün, 16:25 |
Ölkədə boşanmaların sayı sürətlə artdığı kimi, prosesin problemli tərəflərindən olan aliment məsələsi də aktuallığını qoruyur. Boşandıqdan sonra valideynlər, xüsusilə atalar aliment ödəməmək üçün müxtəlif bəhanələr irəli sürür. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 4974 aliment işi üzrə heç bir ödəniş edilməyib. Bu hal uşağın məsuliyyəti üzərində qalan tərəflər üçün maddi olmaqla yanaşı, psixoloji problemlər də yaradır. Yaranan problemləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülür ki, onlar da biri də aliment fondunun yaradılmasıdır. Dövlət tərəfindən belə bir fondun yaradılması məsələsi uzun müddətdir müzakirə olunsa da, bu il reallaşma ehtimalı var. Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov TNS-ə bildiribi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Onun sözlərinə görə, bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir: “Təcrübə göstərir ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Amma bu, borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür”. Seymur Məmmədov bildirib ki, Dövlət Komitəsi tərəfindən Aliment fondunun yaradılması barədə hazırlanmış layihə sənədi artıq hökumətə təqdim edilib: “Fondun yaradılması maliyyə tutumlu məsələdir və onun idarə edilməsi, daxil olan müraciətlərdə sui-istifadə amillərinin aşkara çıxarılması, məqsədli şəkildə alimentin əldə edilməsinin müəyyən edilməsi və bu kimi faktorların qarşısının alınması məqsədilə konkret mexanizmlər müəyyənləşdirilməlidir. Hesab edirik ki, fondun yaradılması ölkə üzrə aliment ödənilməməsi hallarının dinamikasına müsbət təsir edəcək. Eyni zamanda, layihədə nəzərdə tutulmuş müvəqqəti dövlət yardımının təyin edilməsi alimenti ala bilməyən uşaqların sayının azalmasına gətirib çıxaracaq ki, bununla da dövlət üzərinə düşən vəzfələri yerinə yetirmiş olacaq”. Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədovun yanaşmasını da təqdim edirik. O, bu cür fondun davamlı fəaliyyətinə ümid etmədiyini bildirib: “Belə fondlar özü-özünü maliyyələşdirir. Bəs, vəsait hansı mənbələrdən toplanır? Adətən, ilkin kapital olur, daha sonra isə alimentdən yayınanların əvəzinə həmin fond ödənişlər edir. Vəsait yayınan şəxsdən reqres qaydasında alınıb, fonda qaytarılır. Tutaq ki, dövlət bu fondu yaratdı və 20 milyon manat başlanğıc vəsait köçürdü. Alimenti ala bilməyən minlərlə ailə var. Həmin vəsait dərhal xərclənəcək və fond o pulları borclulardan alıb, qaytara bilməyəcək. Əgər qaytarmaq mümkün olsaydı, o zaman icra məmurları vəsaiti alıb ailəyə verərdi. Alıb ailəyə verə bilmirlərsə, fonda necə verəcəklər?” O qeyd edib ki, alimentdən yayınanların çoxu ya ölkədə yoxdur, ya işləmir, ya da rəsmən işləmirlər: “Topladığı pullardan öz aparatının xərclərini də ödəməli olan belə fondlar o ölkələrdə fəaliyyət göstərə bilir ki, onlar reqres qaydada borclulardan pulları ala bilir, həmin pulların bir hissəsini investisiya edərək əlavə gəlir əldə edir. Bu cür fondların vəsaitinin bir hissəsi də ianələrdən formalaşır. Əgər pulu dövlət büdcəsinin vəsaiti hesabına ödəyəcəklərsə, bu halda fond yaratmağa və artıq xərclərə nə ehtiyac var? Mövcud dövlət orqanlarından biri bu funksiyanı yerinə yetirə bilər”. Geri qayıt |