Əsas Səhifə > Güney Press > Tehrandan Paşinyanla bağlı təlimat:
Tehrandan Paşinyanla bağlı təlimat:Bu gün, 10:20 |
![]() “İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi “İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir”, – açıqlaması çalışdığı ölkənin baş naziri Nikol Paşinyana xəbərdarlıq mesajı əhəmiyyəti daşıyır”. Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Tehran Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmanın yollarını axtardığını görür: “İrandakı mühafizəkar qüvvələr isə Paşinyanı durdurmaq üçün səfirlərinə İrəvanda mətbuat konfransı keçirmək təlimatı veriblər. Səfirin “bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir”, – cümləsi Rusiyaya mesajdır. Məlumdur ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarəti altında işə düşməsini istəyir. Tehran bunun da əleyhinədir. İran Zəngəzur dəhlizinə etiraz edərkən, dəhlizin öz ərazisindən keçməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri də təsdiq edib. Erməni jurnalistlərdən biri ona sual verməyib ki, “Ermənistandan keçən dəhlizin əleyhinə olduğunuz halda, necə olur eyni marşrtula İrandan keçən dəhlizin reallaşmasını dəstəkləyirsiz?”. Geri qayıt |