Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilibBu gün, 15:06 |
"Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib. "Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində verilib. Qərara əsasən, o, 3 ay 15 gün müddətə həbs edilib. Qeyd edək ki, Şahnaz Bəylərqızı ötən gün saxlanılıb. Xatırladaq ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Geri qayıt |