Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Vazeh Əsgərovun işdən çıxardığı alim:
Əsas Səhifə > Güney Press > Vazeh Əsgərovun işdən çıxardığı alim:

Vazeh Əsgərovun işdən çıxardığı alim:


Bu gün, 13:14
Vazeh Əsgərovun işdən çıxardığı alim:
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru təyin edilib. Bildirilir ki, bu Sərəncam bir aya yaxındır, ADNSU-nun keçmiş rektoru Vazeh Əsgərovla universitetin qabaqcıl alimləri arasında yaşanan qalmaqal zamanı sabiq rektorun ünvanına səslənən iddiaların haqlı olduğuu sübut edir. Yeni rektordan isə gözləntilər böyükdür.

2018-ci ildən ADNSU-nun Geofizika kafedrasında mütəmadi olaraq professor-müəllim kimi çalışan və 2024-cü ilin sentyabrında Vazeh Əsgərov tərəfindən əmək müqaviləsinə xitam verilən Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev də Pravda.az-a açıqlamasında R.Əzizovun təyinatını müsbət qiymətləndirib.

“Bu Sərəncam gənclərin idarəçiliyə cəlb edilməsinin növbəti bariz nümunəsidir. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycan gənclərinin inkişaf strategiyasında qeyd olunan çağırışlar və vəzifələr uğurla reallaşır. Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin bir daha müvəffəqiyyətlə həyata keçirilməsinə şahid oluruq. ADNSU ilə bağlı Sərəncam bir daha bunu sübut edir. ADNSU-nun zəngin tarixi var. Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətlər, beynəlxalq aləmdə tanınan liderlər, alimlər, mütəxəssislər, həmçinin mən də ADNSU-nun məzunuyam. Bu universitet Azərbaycanda ən şəffaf və dürüst universitetlərdən biri olmalıdır. Cənab Prezident İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir. Hər zaman cənab Prezident qeyd edib ki, gənclər, mən sizə inanıram, güvənirəm. Rüfət Əzizovun tərcümeyi-halı ilə tanış oldum. Çox geniş və zəngin təcrübəyə malik gənc alim, tədqiqatçı və pedaqoqdur. Doğrudan da, özündə elm və təhsili ehtiva edən şəxsiyyətdir. Cənab Prezidentin qoyduğu bu siyasət uğurla həyata keçir - elm və təhsilin vəhdəti. R. Əzizovun iş təcrübəsi barədə oxuyanda gördüm ki, neft-qaz sənayesi ilə yaxından tanışdır. BP-də təcrübə keçib, həm də qabaqcıl idarəçilikdə təcrübə toplayıb. Geologiya və geofizika ixtisasına da yaxındır. Mənim də ixtisasım geofizikdir. Ümidvaram ki, geniş təfəkkürlü mütəxəssisləri, beynəlxalq universitetlərdə, elmi mərkəzlərdə təhsil almış, geniş düşüncə müstəvisinə malik olan, təcrübə toplamış alim və müəllimləri ətrafında cəmləşdirəcək, onları davamlı olaraq təhsilə cəlb edəcək. Əminəm ki, ADNSU növbəti tərəqqi və rifah mərhələsinə yeni rektor Rüfət Əzizovla qədəm qoyacaq”, - alim bildirib.

Geri qayıt