Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ruslar BURCUDA BİLƏCƏKMİ?
Əsas Səhifə > Güney Press > Ruslar BURCUDA BİLƏCƏKMİ?

Ruslar BURCUDA BİLƏCƏKMİ?


Bu gün, 12:22
Ruslar BURCUDA BİLƏCƏKMİ?
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib. Hesabatda deyilib ki, Aktau hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin korpusuna ilkin baxış zamanı ekspertlər tərəfindən çoxsaylı dəliklər, həmçinin yad metal əşyalar aşkar edilib. Vurğulanıb ki, İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir:

"İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı dəlik və dəliksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir". Bildirilib ki, AZAL-ın təyyarəsi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb. Həmçinin, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat (FDR vasitəsilə təsdiq olunub: "Hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb. Aydın görünür ki, təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub. Rusiya bu günədək təyyarənin Rusiya hava məkanında olduğu zaman “Ковер” əməliyyatının tətbiq edildiyini bildirirdi. Amma məlum olub ki, bu əməliyyat təyyarə vurulandan 8 dəqiqə sonra tətbiq edilib.
"Röyters" agentliyi dekabrda qəzaya uğrayan AZAL təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğunu yazıb. Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub: "Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Ekspertlərə görə, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda yazılanlar məlumun elanıdır. Təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb, “quş sürüsü” və “”kislorod balonunun partlaması” təsdiqini tapmayıb.

Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, AZAL təyyarəsi Qroznıda Rusiyanın Hərbi Hava Müdafiə qüvvələrinin məsuliyyətsizliyi və mülki aviasiya ilə koordinasiyalı fəaliyyət göstərməməsi nəticəsində vurulub və qəzaya uğranıb. Deputat vurğulayıb ki, Qazaxıstanın ilkin hesabatı şəffaf hazırlanıb və qəzanın baş vermə səbəbləri aydın şəkildə qeyd olunub:

"Hərbi Hava Müdafiə qüvvələri "kovyor" əməliyyatı haqqında mülki aviasiyaya təyyarəmizi vurandan sonra məlumat verib. Yəni bütün detallar araşdırılır və yekun hesabat elan olunacaq. Bu baxımdan təyyarəmizin qəzaya uğramasının bütün məsuliyyəti Riusiyanın müvafiq dövlət orqanlarının üzərinə düşür. Amma qəza ilə bağlı yekun hesabat açıqlanmadığından nəticəni gözləməliyik. Rusiya rəhbərliyi də müvafiq komissiyanın yekun hesabatını gözləyir. Hesab edirəm, Rusiya rəhbərliyi yekun hesabatdan sonra zəruri addımları atacaq. Yəni hər şeyi zaman göstərər. Hesab edirəm ki, Rusiya təyyarə qəzası ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürəcək və beynəlxalq normalar çərçivəsində müvafiq addımları atacaq. Təyyarə qəzası iki qonşu və müttəfiq ölkə arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə kölgə salmamalıdır. Münasibətlər qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulmalı və davam etməlidir".

Geri qayıt