Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlıBu gün, 10:13 |
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən H.Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 10 aprel 2023-cü il tarixdə, saat 22:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, H.Həsənovun tanışı ilə zərərçəkmiş A.Hüseynzadə pul məsələsi ilə bağlı sözlü mübahisə edib. Bunu görən təqsirləndirilən şəxs mübahisəyə müdaxilə edərək zərərçəkmişə nalayiq ifadələr işlədib. Sonra o, kəllə ilə A.Hüseynzadənin sifət nahiyəsindən qəsdən vuraraq onun burun sümükləri sındırıb. Hadisədən sonra H.Həsənov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancının 20 faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla o, 11 ay 18 gün müddətə islah işləri cəzasına məhkum edilib. Geri qayıt |