Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Azərbaycanlı gənc yüksək vəzifəyə
Azərbaycanlı gənc yüksək vəzifəyəBu gün, 10:04 |
![]() Azərbaycanlı gənc Elnur Əliyev “Franklin Offshore International” şirkətində region üzrə direktor vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin edilməklə yanaşı, holdinqin müşahidə şurasında da mövqeyə sahib olub. Xatırladaq ki, “Franklin Offshore” şirkəti 1984-cü ildə yaranıb. Şirkət dəniz və okeanlarda aparılan tikinti və mühəndislik xidmətləri üzrə dünyada aparıcı olan müəssisələrdən biridir. Şirkətin əsas istiqamətlərindən biri də gəmilərin tikintisi və təmiri xidmətləridir. E/Əliyev 2011-2015-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasını Hüquqşünaslıq və İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticələrlə başa vurub. Daha sonra isə Birləşmiş Krallıqda yerləşən “University of Edinburgh” universitetində magistr təhsili alıb. Ailəlidir və bir övladı var. E.Əliyevin bu vəzifəyə təyin edilməsi onun dünyada gənc mütəxəssislər arasında daha da tanınmasına səbəb olacaq. Geri qayıt |