Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunubBu gün, 17:30 |
Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevi balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 17 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Daşkəsən rayonun Əmirvar kəndində baş verib. İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəmnində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevi balta ilə qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub. Geri qayıt |