Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tramp və Putin niyə hələ də görüşməyib?
Tramp və Putin niyə hələ də görüşməyib?Bu gün, 16:56 |
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov diqqət çəkən açıqlamalar verib. O, "Parlamentskoy qazeta"ya müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə güc dili ilə danışmağın məsləhətli olmadığını anlayır. Bütün məsələləri isə qısa zamanda həll etmək mümkün olmayacaq. Siyasətçi Trampın Rusiya lideri Vladimir Putinlə birbaşa əlaqə saxlamamasının səbəbini bu iki amil ilə əlaqələndirib. “Təzyiq tətbiq etmək və nəyisə güc ilə həll etmək mümkün olan yerdə Tramp çox cəld hərəkət edir. Məsələn, Panama, Qrenlandiya ilə bağlı yaranmış vəziyyətə baxın. Hətta Çin üçün tarifləri çox tez tətbiq etdi. O, heç nəyi tez həll edə bilməyəcəyini başa düşən yerdə isı gərgin işlər başlayır, Tramp sadəcə fasilə götürür”, - Cabarov qeyd edib. Parlamentari xatırladıb ki, Moskva Trampın münasibətlərin qurulması ilə bağlı mövqeyinə hörmətlə yanaşdığını bəyan edib. Çünki o, heç nəyi məhv etmək istəmir. Onun sözlərinə görə, ABŞ prezidenti yaxşı dərk edir ki, Rusiya Vaşinqtonun güc dili ilə danışa biləcəyi düşmən ölkələrdən sayılmır. AzVision.az Geri qayıt |