Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyikBu gün, 12:06 |
Ermənistan kənar kömək və müdaxilə olmadan qonşuları ilə birgə yaşaya bildiyi müddət ərzində mövcud olacaqdır. Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni icmasının nümayəndələri ilə görüşündə deyib. Onun sözlərinə görə, İrəvan uzun müddətdir Ermənistanın salamat qalmasını təmin etmək məsələsini öz qarşısına məqsəd kimi qoyub: “Məncə, biz bunu o zaman edəcəyik ki, kənar yardım və müdaxilə olmadan öz regionumuzda və qonşularımızla qonşuluq mühitində yaşaya biləcəyimiz bir vəziyyət yarada biləcəyik. Bu, o demək deyil ki, müxtəlif geosiyasi mərkəzlərlə fərqli ittifaq və tərəfdaşlıqlarımız olmamalıdır. Söhbət ondan gedir ki, biz öz regionumuzda kənar yardım və müdaxilə olmadan yaşamaq imkanını qarşımıza məqsəd qoymalıyıq. Ona görə də problemlərimizi həll etmək üçün özümüzü birinci amil kimi dərk etməliyik. Bölgəmizdə problem yarananda, adətən bizim orta statistik cavabımız ora-bura dönmək, hansısa qeyri-regional faktora müraciət etmək olur. Bu, başqası ilə bağlı yox, bizimlə əlaqəlidir, niyə belə hərəkət etdiyimizi anlamalıyıq. Amma bunlara baxmayaraq, məncə, perspektivimizi dəyişdirməli və bölgəmizdə bir problemimiz varsa, ilk növbədə bunu özümüz dərk etməliyik, özümüzü o problemin həllinin subyekti kimi görməliyik və ilk reaksiyamız o problemi həll etmək üçün gedib başqa bir qüvvəyə müraciət etmək olmamalıdır”. Geri qayıt |