Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR
Əsas Səhifə > Güney Press > Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR

Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR


Bu gün, 17:41
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR
“Bizə dəhliz üçün hansı adın seçiləcəyinin fərqi yoxdur. İstəyimiz azərbaycanlıların yoxlanılmadan maşın, yaxud qatarla Naxçıvana keçidin təmin olunmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizi layihəsinin reallaşması fonunda hazırkı prosesləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tehranla müəyyən razılaşmaya əsasən, artıq Azərbaycandan Naxçıvana gedən yolun böyük hissəsi istifadəyə yararlıdır, körpünün inşasının tamamlanmasına isə az müddət qalıb:

“Əgər həmin dəhliz fəaliyyətə başlayarsa, Zəngəzur layihəsinin reallaşması əvvəlki kimi vacib olmayacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu yaxşı başa düşür. Ona görə də Prezident İlham Əliyevin “maneəsiz dəhliz” təşəbbüsünə razılıq vermək istəyir. Mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Eyni zamanda, “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini işlədərək özünü müxalifətdən də sığortalamaq istəyir”.

“Baş nazirin “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri ilə Zəngəzur dəhlizinin reallaşmasına razı olduğu mesajını verir. Lakin daxili auditoriyanın təzyiqinə məruz qalmasın deyə müxtəlif gedişlər etmək istəyir ki, bunlardan biri də dəhlizə başqa ad qoymaqdan ibarətdir. Bizə isə dəhliz üçün hansı adın seçiləcəyinin fərqi yoxdur. İstəyimiz azərbaycanlıların yoxlanılmadan maşın, yaxud qatarla Naxçıvana keçidin təmin olunmasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Geri qayıt