Əsas Səhifə > Güney Press > Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyatDünən, 21:28 |
Rusiyanın Tver vilayətində daha bir azərbaycanlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. "DİA-AZ" lent.az-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Dəstənin tərkibinə dörd nəfər, o cümlədən iki təşkilatçı - 41 yaşlı azərbaycanlılar E.Şərifov və İ.Əhmədov daxildir. Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar. Saxta mallar Komintern küçəsi boyunca yerləşən anbarlarda saxlanılıb. Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı cinayət işləri başlayıb. Qeyd edək ki, ötən həftə keçirilən əməliyyatlarda 6 azərbaycanlıdan ibarət dəstə saxlanılıb. Onlar saxta siqaretlərin qanunsuz dövriyyəsində şübhəli biliniblər. Geri qayıt |